« Maraqlı şekillerНовогодние прически »

GUNUN XEBERI - DEKABR 26, 2006

  26. 12. 06 17:39, by Agsaqqal, Categories: Zibilxana | Мусор
Bu il qəbul imtahanlarında abituriyentlərin 62,7 faizinin göstərdiyi nəticə “2” qiymətinə layiq olub



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2006-2007-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilini əks etdirən “Abituriyent” jurnalının 12-cı sayının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, builki qəbul kampaniyası əvvəlki illərdən iştirakçıların sayının rekord sayda olması ilə fərqlənib. Bu il ali məktəblərin 25629 plan yerinə 103196 nəfər sənəd verib. 2761 nəfər magistraturaya, 23817 nəfər bakalavriaturaya, 8488 nəfər orta təhsil bazasından və 7217 nəfər əsas təhsil bazasından texnikumlara daxil olub. Ali məktəblərin reytinq cədvəlinə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyası başçılıq edir. Bu siyahıda II yeri Azərbaycan Dövlət Tibb Universiteti, III yeri Bakı Dövlət Universiteti, IV yeri Azərbaycan Dillər Universiteti tutur. Özəl ali məktəblər arasında ən yüksək reytinqə Qafqaz Universiteti malikdir. M. Abbaszadə deyib ki, ötən illə müqayisədə bu il abituriyentlərin imtahan göstəricilərində irəliləyiş olmayıb. Bu il zəif nəticə göstərən abituriyentlərin sayı bir qədər də artaraq 39,6%-ə çatıb. Onun sözlərinə görə, ötən il bu göstərici 37% idi: “İmtahanda toplanılması mümkün olan maksimum 700 balı şərti olaraq 0-200, 200-400, 400-500, 500-700 intervalına bölərək onları “2”, “3”, “4”, “5”lə qiymətləndirsək, onda abituriyentlərin 62,7%-i “2”, 15,2%-i “3”, 22,1%-i “4” və “5” qiyməti alıb. İmişli, Qobustan, Ağsu, Tərtər, Hacıqabul, Gədəbəy, Ağcabədi, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun abituriyentlərinin yarıdan çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”./APA

1 comment

Comment from: Sabishka [Visitor]
SabishkaBu da bizim tehsil..
27. 12. 06 @ 11:38

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

blog engine

©2024 by EylencE.AZ

Contact | Help | Blog template by Asevo | blog engine | cheap hosting