« MERiLYN MONROEStress - İstirahət! »

Geyim rəngi və Xasiyyət...

  13. 08. 07 21:25, by pure_love, Categories: Məqalələr | Статьи, Moda və Stil | Мода и Стиль
by Pure Lve :P


- bütün rənglərin sintezini təşkil edib, ideal rəng hesab olunur. Bu rəng özündə bir neçə məna cəmləşdirir. Müxtəlif xasiyyətli insanlar bu rəngə üstünlük verirlər. Bir çox ölkələrdə ağ rəng bir neçə cür yozulur: bəzilərində ağ rəng paklığı, digərlərində ölümü simvolizə edir. Avropa ölkələrində ağ rəngdə paltar həkim xalatını xatırladır. Ağ rəngə üstünlük verənlər təmizliyi və səliqəli insan kimi xarakterizə olunurlar.

QARA - ilk baxışdan bədbinliyi təmsil edir. Dəb baxımından qara rəng, insanı bir neçə kiloqram arıq göstərir. Əsəbləri gərginləşdirib, enerjini tükədir. Qara rəngli geyimlərə üstünlük verən insan özünə qapalı, eyni zamanda ciddi xarakterə malik olub, özündən razı olur.

BOZ - neytral rəng olub, xasiyyətini gizlədən, ciddi xasiyyətli insanların seçimidir. Əsasən, iş adamları boz rəngli kostyumlara üstünlük verirlər. Dəblə geyinən insan boz rənglə rəngli aksesuarlar taxıb, geyim stilini dəyişə bilər. Bu rəngə üstünlük verən insanlar, bitərəf mövqedə olub, heç kimə etibar etmirlər.

QIRMIZI - ehtiras rəngidir. Bu rəng cəsarətli, hökmlü, tez coşan insanların seçimidir. Qırmızı rəng qadını özünə inamını artırır. Bu rəngi sevməyən insanlarsa, konflikt və davadan uzaq olub, tək qalmağı sevirlər. Qırmızı rəngə üstünlük verən insanların qarderobu eleqant geyimlərlə dolu olur. Bu tip insanlar həm də daima diqqət mərkəzində olmağı xoşlayırlar.

YAŞIL - təbiət rəngi olub, sakitliyi sevən insanların seçimidir. Həyatın bütün maneələrini aşmağa yetərincə qüdrətləri çatır. Yaşıl və qəhvəyi gözlü qızlar çəkinmədən yaşıl rəngdə paltar geyinə bilərlər.

GÖYMAVİ - səma, dəniz və sonsuzluk rəngidir. Lakin bu sakitliyin arxasında güclü ehtiras dayanıb. Göy və mavi rəngi sevən qadının hirsini tufan və burulğan kimi qələmə vermək olar. Bu rəngdə geyinən insanlar, emosionallığı, romantizmi, xoş xasiyyətləri ilə fərqlənib, başqalarını heyrətə gətirməyə can atırlar.

SARI – dəyişkən xasiyyətli və intellektual insanların rəngdir. Sarı rəng xasiyyətcə yüngül insanları xarakterizə edir. Bu tip insanlar her şeylə maraqlanan, ünsiyyətcil, cəsarətli, yeni tanışlığı və özlərinə diqqət cəlb etməyi sevirlər.

BƏNÖVŞƏYİ - geyimlərində bu rəngə üstünlük verən insanlar romantik, emosional olub, daima axtarışdadırlar. Tünd bənövşəyi rəngi xoşlayan insanlarsa, depressiyaya tez düşürlər. Onlar kəşf etməyi sevir, həyatın sirlərini açmağa can atırlar.

15 comments

Comment from: pure_love [Visitor]
pure_loveJanuli, sonram sene renglere aid bashqa bir deyim de dierem... :))))) InshALLAH, o agappag gelinlik paltarini geyinmek sene de qismet olar! ;) Master, raziyam seninle! ;)
17. 08. 07 @ 16:31
Comment from: sabinashka [Member]  
Sabishkalanse eylence saytinda olum xeberi qoyanda ne gozluyursen ki?:))) bir de ki men chushkayam ingilis dilini bilmirem :))ele kinolara da baxmiram :))
16. 08. 07 @ 20:44
Comment from: sladkiy_obman [Visitor]
sladkiy_obmanMavi,goy en sevdiyim renglerdir
15. 08. 07 @ 12:56
Comment from: master_ier [Member]
MASTER_İERELACI. Tebietin butun rengleri gozeldir. Mence her bir insanda butun rengler cemlesib. Sadece her kes bir necesinden istifade edir.
15. 08. 07 @ 10:58
Comment from: janulka [Member]
Purka, deyilənə görə qırmızı rəngi dəlilər sevir :=)) (z) Mənim isə bütün rənglərdən xoşum gəlir,amma ən цoooooox qara ft mavi, boz...Ağdan zəhləm gedir :=S Nuuuuuuuuu gelinliyi çıxmaq şərtilə :=P
15. 08. 07 @ 05:04
Comment from: pure_love [Visitor]
pure_lovePostu beyendiyiviz ucun sevindim! :) Lans, eziyyetden kecib, menim evezime hamiya cavab yazmisan, cox saol! ;) Menim en cox sevdiyim reng ise qirmizidi, ozu de qif-qirmizi! :)) Hemishe geyimlerimde qirmizi rengden istifade edirem, ozumden asili olmayaraq.. :)
14. 08. 07 @ 21:23
Comment from: sabinashka [Member]  
Sabishkalanselot neye esaslanirdun ki?sen ki meni gormemisen:)nezerive chatdirim ki men women-em man yox:P
14. 08. 07 @ 19:08
Comment from: Mysterious [Visitor]
MysteriousEn chox sevdiyim reng qaradir, ama ozumden razi deilem:)
14. 08. 07 @ 17:56
Comment from: Qulpqoyan [Visitor]
QulpqoyanBas prozrachni geyinenlerin xasiyyeti??:))
14. 08. 07 @ 10:40
Comment from: Sun_Set [Visitor]
Sun_Settamamile duzdu!!sevdiyim rengler Qirmizi,Sari,Goy ve Mavi :D
14. 08. 07 @ 10:25
Comment from: umman [Visitor]
ummantamamile dogru yazilib, en cox sevdiyim reng mavi, goy, yashil ve cehrayidir.
14. 08. 07 @ 10:08
Comment from: FieRTe [Visitor]
FieRTePure Love, 4ox maraqlidi tnx amma men qara rengden bawqa butun renglerin xestesiyem (day bozarmiw, saralmiw renglerin yoxda) onda burda hamsi mene aiddi ki heee? eeee olmadiki
13. 08. 07 @ 23:10
Comment from: maybach [Member]  
MaybachBeli, dogru yazilib. Sevdiyim reng: goy, mavi.
13. 08. 07 @ 23:06
Comment from: Nara [Visitor]
NaraMenim en cox mavi ve chehrayi rengden xoshum gelir.mavi insani dinceldir.:)
13. 08. 07 @ 22:43
Comment from: sabinashka [Member]  
SabishkaQARA - ilk baxışdan bədbinliyi təmsil edir. Dəb baxımından qara rəng, insanı bir neçə kiloqram arıq göstərir. Əsəbləri gərginləşdirib, enerjini tükədir. Qara rəngli geyimlərə üstünlük verən insan özünə qapalı, eyni zamanda ciddi xarakterə malik olub, özündən razı olur. bu menem :) nisbeten de Goy mavi :)
13. 08. 07 @ 22:34

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2024 by EylencE.AZ

Contact | Help | Blog skin by Asevo | b2 | web hosting | blog ads