« Soft Alemi: Desktop JokeExlusive: TOP 20 Sport Cars »

Gecikmiş etiraf

  03. 10. 07 14:09, by Murad, Categories: Məqalələr | Статьи
From: Siniq Qelb http://www.eylence.az/etiraf

10-cu sinif :

İngilis dili dərsində yanımda bir qız oturmuşdu, onun üçün "Mənim ən yaxşı dostum" deyirdim......Amma mən onun ipək kimi saçlarına baxıb onun mənim olmağını istəyirdim.Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı,bunu bilirdim, dərsdən sonra qalxdı və keçən gün sinifdə olmadığı üçün o günün qiymət cədvəlini istədi,mən ona qiymət cədvəlini verəndə mənə təşəkkür etdi və yanağımdan öpdü.Onu yalnız dost kimi istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim ancaq ona deyə bilmirdim,səbəbini bilmirəm,çox utanırdım.


11-ci sinif :

Sinif.Telefonum zəng çaldı, zəng edən o idi və ağlıyırdı, mənə sevginin necə qəlbini qırdığını söylədi,məni evinə çağırdı,yalnız qalmaq istəmədiyini dedi, mən də əlbəttə ki onlara getdim.Evlərində onun yanında oturdum,gözəl gözlərinə baxmağa başladım və onun mənim olmağını dilədim, 2 saat sonra Drew Barrymore un bir kinosu başladı, kinoya baxdıq,kinoya baxandan sonra yatmağa qərar verdi.Mənə hər şey üçün təşəkkür etdi və yanağımdan öptü....Onu yalnız dost kimi istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim ancaq ona deyə bilmirdim,səbəbini bilmirəm,çox utanırdım...Məktəbin axırıncı ilinin qurtarmasına bir gün qalmış yanıma gəldi və görüşdüyü uşağın xəstə olduğunu bu səbəblə də son zəngə gələ bilməyəcəyini dedi.Mənim də görüşdüyüm birisi yox idi.Və 7-ci sinifdə bir-birimizə söz vermişdik,əgər görüşdüyümüz biriləri olmasa gəzməli yerlərə bir gedəcəydik......"Ən yaxşı dost olaraq".....Və son zəngə birlikdə getdik, o gecə çox gözəl idi,hər şey yaxşı oldu Song zəngdə...Son zəngdən sonra onu evinə,qapısının ağzına qədər ötürdüm...Qapının qarşısında ona baxdım o da mənə o gözəl gözləriylə gülümsəyərək baxdı..Onun mənim olmağını istəyirdim....Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı, bunu bilirdim,mənə həyatımın ən gözəl vaxtını keçirdiyini söylədi və yanağımdan öpdü.Onu yalnız dost kimi istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim ancaq ona deyə bilmirdim,səbəbini bilmirəm,çox utanırdım.....Gözəl həftələr aylar keçdi və məzuniyyət günü gəldi çatdı...Hər zaman onu izlədim, onun mükəmməl vücudunu seyr etdim..Diplomunu almaq üçün səhnəyə çıxarkən sanki havada süzülən bir mələk kimi idi..Onun mənim olmağını istəyirdim....amma o mənim ona baxdığım gözlə baxmırdı mənə..Bunu bilirdim..Hər kəs evinə getməzdən əvvəl yanıma gəldi və ağlayaraq məni qucaqladı sonra başını çiynimə qoydu "sən mənim ən yaxşı dostumsan,təşəkkürlər" deyib yanağımdan öpdü ..Onu yalnız dost kimi istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim ancaq ona deyə bilmirdim,səbəbini bilmirəm,çox utanırdım
Aradan illər keçdi....
Bir kilsədə idim, o qızın kəbinini izləyirdim..bəli..artıq evlənirdi,onun "bəli,qəbul edirəm" deməsini,yeni həyata girməsini izlədim,Başqa bir adamla evli olaraq...Onun mənim olmağını istəyirdim...ancaq o mənə mənim ona baxdığım gözlə baxmırdı,bunu bilirdim...Yeni həyatına girməzdən əvvəl yanıma gəldi və "kəbinimə gəldin,təşəkkür edirəm" deyib yanağımdan öpdü..Onu yalnız dost kimi istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim ancaq ona deyə bilmirdim,səbəbini bilmirəm,çox utanırdım
İllər tez ötüb keçdi....
İndi, bir vaxtlar mənim ən yaxşı dostum olan qızın tabutuna baxıram,əşyaları yığılanda məktəb illərindən yazdığı xatirəsindən oxuduğum sətirlər belə idi........
"Onun gözlərinə baxaraq onu mənim olmağını arzuladım...amma o mənə mənim ona baxdığım gözlə baxmırdı..Bunu bilirdim.......Onu yalnız dost kimi istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim ancaq ona deyə bilmirdim,səbəbini bilmirəm,çox utanırdım.........Kaşki mənə məni sevdiyini desəydi"

17 comments

Comment from: sabinashka [Member]  
Sabishkaheyat beledi..insan heyatdan istdeyi sheyi ala bilmeyende bedbext olur..chunki xoshbextlik verilmir gerek onu alasan.
04. 10. 07 @ 07:28
Comment from: master_ier [Member]
MASTER_İEREtna, Allah sene agil versin. Ne ise... :)
03. 10. 07 @ 20:16
Comment from: murad [Member]  
MuradEtna, mövzu mənim mövzum olsaydı, səndən inciyərdim. Çünki, AzerCELL demişkən, "Dəyərlərimizə hörmətlə" =)) Olan şeyə gülmək olmaz. Hər bir insan qarşısındakı insanın fikirlərinin aliliyinə hörmət etməlidir. Bu etirafı 10-cu sinifdəki bir gənc yazıb. Bu onda olan daxili duyğularının ixracıdır. Hər bir insan bu cür yaradıcı ola bilmir =) Bir sözlə, heç vaxt heç kimin hissləri ilə nə oynama, nə də onlara gülmə =)
03. 10. 07 @ 19:39
Comment from: neutral_nur [Visitor]
neutral_nurTam emin idim ki,Etna bura mutleq comment yazacaq.Amma day bele de fikirleshmirdim de ay Etna.Kiz deyesen sende her shey qabarmish fasonda olur.Meselen gedib oglana yaxinlashirsan ki,aye,a "viJdansiz" olurem derdinnen???:))))))He????????:))))))) Yaxshi bes razi deyilsense niye qessssshh eliyib ureyin getdi hiii?:))))))))) ;) Belke bedii janr xoshuva gelmedi?Eger beledirse bax bu bashqa mesele:))))))
03. 10. 07 @ 17:45
Comment from: lanselot [Member]  
LanseloT
MiLLeT---Sohbet olub-olmamagdan getmir,,,sohbet realliqdan gedir,,,bele bir teoriya var:"Sene aid olan o tek sevgini oturub gozlemek olmaz,,,Onu ozun axtarib,tapmalisan,,,ve vaxtinda da etiraf etmelisen!!!" Mence gozel hekayedir,,ve eger indi hazir olseydim bunun ssenarisine bir film MUTLEQ cekerdim.... Lap ozumu itirdim eey...;)
03. 10. 07 @ 17:39
Comment from: etna77 [Visitor]
etna77Inaniram ki, bu meqaleni yerleshdiren menden incimeyecek.AMma ne edim eee:)))))))))))))))))))))))
03. 10. 07 @ 17:20
Comment from: etna77 [Visitor]
etna77Vallah meni kim pis bahsa dushur dushsun.Amma menim urekden gulmeyime sebeb oldu bu meqale.Valla lap etim tokuldu.:))) Gic -gic sheylerle cammain beynini korlamayin.
03. 10. 07 @ 17:18
Comment from: Trepsixore [Visitor]
TrepsixoreAy Bende, deyirem deyesen ele burda hamisan optimist insanlar seninle menem :)
03. 10. 07 @ 16:58
Comment from: UKBOY [Visitor]
UKBOY((((( cox uzuntu ile oxudum. Bele bir soz var elemiyib pesman olmaqdansa eliyib pesman olmaq olar her halda deseydi yaxsi olardi. Duzdu cox kederli qurtarib.... Sevgi pis hissiyyatdi. Bu menim basima gelib, amma mende pis qurtarib, menim indi basqa olkede olma sebeblerimden biri de ele bu sevgidi... ((((((((((((((((((((((((((( hetta arzum odu ki, hami oz sevgisini tapsin, amma axira kimi yaxsi olsun....
03. 10. 07 @ 16:29
Comment from: AYAN [Visitor]
AYANChox tesirlendim, kederli hadisedir. Hech kese arzulamazdim. Gerer her sheyi vaxtinda etmek, vaxtinda demek lazimdir.
03. 10. 07 @ 16:18
Comment from: Uzaglarda [Visitor]
UzaglardaCox maraqli ehvalatdir. Evvelini oxuyanda basa dusdumku qizda oqlani isteyib.Kilse yerini oxuyanda lap duygulandim.Mendede bir ehvalat var amma sonda ne qiz olur ne oqlan. basqa biri olur...
03. 10. 07 @ 15:31
Comment from: Trepsixore [Visitor]
Trepsixore:( cox kederlidir... Insanlar umumiyyetle gerek hisslerini gizletmesinler... Eger gulmek isteyirsen, gulmelisen, kimese sirrini achmag isteyirsen, chekinmeden achasan, kimise sevdiyini demek isteyirsen, gerek deyesen! Mutleq! :) Yoxsa, bax bele gecikmish olacagsan... Insanlar, achig olun, deyin, gulun, sevin, sevilin, ve en esasi, semimi olun! :) hec neden chekinmeyin kimse gorecek, birden ona xosh gelmez, ve s... Her halda cavabi alib ozunuz de sakitlesheceksiniz :)
03. 10. 07 @ 15:27
Comment from: sari cicek [Visitor]
sari cicekVoobshey burda sohbet neden gedir?
03. 10. 07 @ 15:24
Comment from: master_ier [Member]
MASTER_İERMurad, uzune leeenet :(
03. 10. 07 @ 15:15
Comment from: 1979 [Member]  
AngeL_BlueBele bir hadiseni ozum de yasamisam ve heyatimda silinmez izler buraxib...
03. 10. 07 @ 14:49
Comment from: murad [Member]  
MuradNəzərinizə çatdırım ki, bu məqalədə olanlar xaricdə baş verib. Ruslar demişkən, "ne sudite menya stroqo" =)) Axırıncı sətirləri güclə oxudum. Çox təsirli hekayədir...Yaman dolmuşdum axır vaxtlar, boşaldım bir az =))
03. 10. 07 @ 14:24
Comment from: janulka [Member]
Ətim ürpəndi :=((((((((((((((((((((((((((((((((((
03. 10. 07 @ 14:23

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2020
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

Search

Categories

  XML Feeds

free blog tool

©2020 by EylencE.AZ

Contact | Help | Blog theme by Asevo | blog software | web hosting