« Роман flydubai с низкими ценами продолжается четвертой распродажей100 Hits Love Story »

Flydubai “qənaətli qiymətlərlə uçmağı sevirəm” kampaniyasının 4-cü dövrünü davam etdirir.

  12. 02. 10 11:32, by Murad, Categories: Sizin İnformasiyanız Üçün | Для Вашей Информации
Flydubai “qənaətli qiymətlərlə uçmağı sevirəm” kampaniyasının 4-cü dövrünü davam etdirir.

Fly Dubai


Dubay, Birləşmiş Ərəb Əmirlikləri, 11 fevral 2010-cu il: “flydubai” qənaətli qiymətə biletlərinin satışını davam etdirir və növbəti kampaniyasını elan edir. Bu kampaniya çərçivəsində sərnişinlərə bütün istiqamətlərdə uçuşlara 40% endirim təklif edilir. Zamanın nəbzini tutaraq “flydubai” şirkəti öz qənaətli qiymətlər siyasətinə sadiqliyini sübut edib növbəti endirimli kampaniyasına başlayır.

40%-lik endirim bir tərəfə uçuş haqqının 99$-dan başlaması deməkdir. İnanılmaz endirimlər şənbə günü, fevralın 13-ü gecə saat 23:59-da başlayacaq və bazar günü, fevralın 21-i saat 23:59-a qədər davam edəcək.

“flydubai” endirimləri “Qənaətli qiymətləri sevirəm” kampaniyasının bir hissəsi olub bütün regionları əhatə edir və şirkətin fəaliyyət göstərdiyi 11 istiqamətdə keçərlidir: Bakı – Azərbaycan, Beyrut – Livan, Əmman – İordaniya, Dəməşq və Aleppo – Suriya, İsgəndəriyyə - Misir, Cibuti – Afrika, Doxa – Qətər, Xartum – Sudan, Bəhreyn və Katmandu – Nepal.

“flydubai” şirkətinin Baş direktoru Qeyt Əl Qeyt qeyd etmişdir: “Sərnişinlərimiz üçün artıq mövcud olan aşağı qiymətlərimizə 40%-lik endirim təklif etməklə sübut edirik ki, biz qənaətli qiymətləri sevirik. Belə qiymətə “flydubai”la uçmaq mərkəzi restoranların birində iki nəfərlik yemək yeməkdən ucuzdur!“

“Bizim öncəki kampaniyalarımız çox məşhur olub, elə buna görə də məsləhət görürəm ki, qiymətə və Sizin istədiyiniz tarıxə uçuşun olmasına zəmanət vermək üçün rezervasiyanızı tez edəsiniz”

Sifarişləriniz həm “flydubai” vebsaytı (www.flydubai.com), həm müştəri xidmətləri mərkəzi ((+994) 12 598 0 598), həm də turizm agentlikləri tərəfindən qəbul oluna bilər.

“flydubai” şirkətinin modeli çox sadədir, sərnişinlər yalnız almaq istədikləri xidmətə görə pul ödəyirlər. Qiymətə sizin çəkisi 10 kiloya qədər olan bir ədəd əl baqajı və bütün vergilər daxildir.
Sərnişinlər cəmi 11 ABŞ dolları ödəməklə ilk yük çantalarını qeydiyyatdan keçirə bilərlər. Çəkisi maksimum 32 kiloya qədər olan ikinci çantaya görə isə sərnişinlər 28 ABŞ dolları ödəməklə qeydiyyatdan keçə bilərlər. Aeroportda yoxlanılmış baqaj onun üçün ayrılan yerə görə ciddi müzakirə obyektidir. Məhz bu səbəbdən sərnişinlərə qabaqcadan hər şeyi online şəkildə sifariş verməsi tövsiyə olunur. Bununla Siz bagajınız üçün yer təmin etmiş olursunuz, belə ki, yalnız öncədən alınmış baqaja təminat verilir.

Nominal olaraq əlavə 1 ABŞ dolları 50 sent ödəməklə sərnişinlər təyyarədə öz yerlərini seçə bilər və cəmi 13 ABŞ dolları ödəməklə ayaqlar üçün daha geniş sahəsi olan yerləri ala bilərlər. Sifariş olunmuş biletlərin təbii ki, biletlər arasındakı fərqlər nəzərə alınmaqla kiçik bir məbləğə dəyişdirilməsi mümkündür. Yemək və içki də təyyarənin göyərtəsində alına bilər.

“flydubai” şirkəti Beynəlxalq Dubay Aeroportunun modernləşdirilmiş və genişləndirilmiş 2 saylı terminalında fəaliyyət göstərir.

- son –

“flydubai” şirkəti haqqında:

İlkin kapitalı 68 milyon ABŞ dolları olan və 2008-ci ilin martında fəaliyyətə başlayan “flydubai” Dubayın qənaətcil qiymətlərlə uçan ilk hava yollarıdır. Dubay hökumətinə məxsus olan hava yolları bütün sərnişinlərə xidmət göstərmək və onların müxtəlif yerlərə çatması üçün şərait yaratmaqla şəhərin kommersiya və turizm sektorlarını dəstəkləyəcək.
“flydubai” şirkəti ilə uçan sərnişinlər heç bir məbləğ ödəmədən 1 ədəd əl çantasını (çəkisi 10 kiloya qədər olan və ölçüləri 56 sm X 45 sm X 25 sm-dən çox olmayan) göyərtəyə götürə bilərlər. Əgər əl çantası göstərilən tələblərə uyğun gəlmirsə o zaman çanta 41 dollar müqabilində təyyarənin yük yerinə qoyulacaq. Qeydiyyatdan keçiriləcək hər bir yük çantası 32 kilodan çox, onun ölçüləri isə 90 sm X 75 sm X 43 sm-dən çox olmamalıdır. Əgər sərnişinlər əlavə olaraq daha bir yük çantası üçün yer almaq istəyirlərsə, o zaman bu yerin olub-olmamasından asılı olacaq.
Qənaətcil qiymətlər modelinə əsaslanan “flydubai” şirkəti “yaxşı pula görə keyfiyyət” məhsulunu və olduqca rəqabətə davamlı qiymətlər təklif edir. Şirkətin İnternet səhifəsi (www.flydubai.com) və müştəri xidmətləri mərkəzi ((+994) 12 598 0 598) turizm agentlikləri ilə birlikdə müştərilər üçün çox vacib əlaqə vasitələri olacaqlar.
Daha ətraflı məlumat üçün aşağıdakı şəxslərlə əlaqə saxlayın:
Zahabiya Motivala yaxud Rima Salman, “flydubai” şirkətinin mətbuat ofisi. Telefon: (+9714) 341 5555. Zahabiya Motivalanın mobil telefonu: (+971) 50 768 9440. Rima Salmanın mobil telefonu: (+971) 50 273 4869. E-mail: z.motiwala@polaris-me.com və r.salman@polaris-me.com.
Yaxud Hezer Redpat, “flydubai” şirkətinin PR meneceri, mobil telefonu: (+971) 50 9508420; Email: heather.redpath@flydubai.com

Fly Dubai

2 comments

Comment from: cahid [Visitor]
cahidsalmanova yegane,salmanova turan,aghayev farid
05. 11. 12 @ 16:40
cocktail dress under bustleIm no professional, but I imagine you just made the best point. You obviously fully understand what youre talking about, and I can really get behind that. Thanks for being so upfront and so honest.
28. 07. 12 @ 10:17

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
March 2019
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

Search

Categories

  XML Feeds

powered by b2evolution

©2019 by EylencE.AZ

Contact | Help | b2evolution skin by Asevo | blog software | blog hosting