« Dave Nitschenin super eserleriТюрьма в Австрии »

FAYDALI MƏSLƏHƏTLƏR - Sağlam və gözəl olmaq qidalandığımız ərzaqlardan asılıdır!!!

  31. 08. 07 15:44, by pure_love, Categories: Digərləri | Разное, Məqalələr | Статьи
by Pure Lve


ANANAS - öz çəkilərinə fikir verənlər üçün xüsusi olaraq qiymətli qida hesab etmək olar. Beləki, insan orqanizmində piy qatlarının əmələ gəlməsinin qarşısını alır;

BANAN - ürək, qan-damar sisteminə çox yaxşı təsir göstərir. Həzm prosesi üçün çox faydalıdır. Acı və duzlu qidalar qəbulu zamanı mədə divarını zərərli maddələrdən qoruyur. Əsl enerji və gümrahlıq verən bir qidadır;

ÜZÜM - çox gözəl dietik cəhətə malikdir. Maddələr mübadiləsini, qan-damar sistemini, qan təzyiqini tənzimləyir, iştah açır, ürək xəstəlikləri zamanı çox faydalıdır. Üzüm şirəsi qanda xolesterini təmizləyir, təravətləndiricidir;

NAR - şirin nar şirəsi böyrək xəstəlikləri zamanı, turş nar şirəsi isə böyrək və öd daşları zamanı faydalıdır. Nar şirəsi susuzluğu aradan qaldırar, hərarəti aşağı salar. Turş nar mədə turşuluğu çox olan insanlara məsləhət deyil;

ƏNCİR - ürək, qan-damar xəstəlikləri zamanı çox faydalıdır. Çox kalorili olduğu üçün artıq çəkisi olanlara məsləhət deyil;

MANDARİN - xalq təbabətində orqanizmin möhkəmlənməsi üçün istifadə olunur. Az kalorili olduğu üçün öz çəkilərinə fikir verənlərə məsləhət görülür;

ALMA - dəmirlə çox zəngindir, bu da qan dövranına yaxşı təsir göstərir. Maddələr mübadiləsinin pozulduğu, iştah azalma zamanı çox faydalıdır. Xolestirini azaldar, az kalorili olduğu üçün artıq cəkidən əziyyət çəkənlərə məsləhət görülür. Hər hansı bir qidanın qəbulundan sonra alma yemək məsləhətdir: bu dişlər üçün çox faydalıdır. Şəkər və insulin dərini yaşlandırır. Ona görə də alma yeyin. Alma qanda şəkərin miqdarını sabit saxlayır və insulinin qalxıb-enməsinin qarşısını alır;

PORTAĞAL - C vitamini ilə çox zəngindir. Həmçinin o dərini sızanaqlardan, qara nöqtələrdən təmizləyən mikroelement və fermentlərlə də zəngindir. (Təbii ki, yediyimiz zaman həddi aşmamaq lazımdır);

XURMA - ürək-damar xəstələrinə məsləhət görülür.

Meyvəni tox qarnına yemək olmaz. Ya ac, ya da yeməkdən 2-3 saat sonra yemək olar.

LƏPƏ - sağlam saçlar, möhkəm dırnaqlar, yüksək əhval-ruhiyyə... Ləpədə E vitamini, xırda lakin çox xeyirli bir çox mikroelementlər var. Bir çox problemlərdə məsələn, dırnaqların qırılması, saçların tökülməsi və s. ilk təcili yardıma gələ bilər;

BİBƏR - çox qəribə də olsa faydalılığına görə limonu əvəz edir. Bibərdə kalsium, C və B2 vitaminləri vardır. B2 vitamini dərinin hamar və təravətli olmasına yardımçı olur. B2 vitamininin çatışmamazlığı saçların tökülməsinə gətirib çıxara bilər. C vitamini qan-damar sisteminə, kapilyar damarların möhkəm olması üçün faydalıdır. Orqanizmdən xolesterini azad etməyə kömək edir, soyuqdəymə zamanı, astma və bronxitdə çox effektlidir;

KÖK - orqanizmdə tonusu qaldırır, təravətləndirir, xərçəng xəstəliklərinin qarşısını alır. Bağırsaq qurdlarının əmələ gəlməsinin qarşısını alır, qan azlığına kömək edir. A, B, C və E vitaminəri ilə zəngindir. A vitamini boy artımına, yaraların tez sağalmasına, kəpək probleminə də kömək edir. Kökü sürtgəcdən keçirəndə B və C vitaminləri itir. Üzünün hamar, təravətli olmasını istəyirsənsə, kökü yaddan çıxarma;

KƏLƏM - az kalorili olduğu üçün artıq çəkidən, piylənmədən əziyyət çəkənlərə məsləhət görülür;

POMİDOR - iştah açır, mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırar, bağırsaq bakteriyalarını məhv edir;

BALQABAQ - qanda xolesterini azaldır, piylənmədən əziyyət çəkənlər üçün faydalıdır;

SARIMSAQ - qan dövranını normallaşdıraraq dərini təmiz saxlayır;

ÇUĞUNDUR - mədə həzmini normallaşdırır, orqanizmdə zərərli maddələrin xaric olmasına kömək edir, qan təzyiqini aşağı salır;

TOYUQ - orqanizmdə gözəllik hormonlarını istehsal etmək üçün ehtiyac olduğu qədər proteinlə zəngindir;

ÇÖRƏK – enerji və güc mənbəyidir. İlk növbədə çörəkdə B1 vitamini var, hansı ki, dəri soyuqdəyməsini aradan götürür. B2 saçları, kalsium isə dırnaqları möhkəmləndirir. Gözəl görünmək üçün çörəkdən imtina edənlər haqsızdırlar. Çörək orqanizm üçün əvəzolunmazdır.

12 comments

Comment from: pure_love [Member]  
pure_lovemiss entoma, elbette, ciyeleyin de faydasi var, ama deqiq diye bilmerem onun faydasi haqqinda.. Cunki bele bir melumat mende yoxdu.. nur, jaan ey, bele postlari oxumaq sene maraqlidirsa, calisharam tez-tez yerleshdirim! ;) He, menim de bilmediyim cox sheyler vardi, postlari yerleshdirdikce men de oyrenirem.. :)) Deymez, bajin qurvan, beyenib commnet yazdigin ucun teshekkurler! :x
05. 09. 07 @ 18:50
Comment from: neutral_nur [Visitor]
neutral_nurPurka,kiz sene qurban,a baci maraqli melumatlarini gordukce hevesle,maraqla oxuyuram.day bilirsen de oyrenmek ayib deyil,oyrenmemek ayibdir. Bilmediyimiz o qeder melumatlar vaaaaar ki. Chox sag ol bacish!!!
04. 09. 07 @ 11:52
Comment from: miss entoma [Visitor]
miss entomaMen ciyelekden otru olurem.onun 1faydasi yoxdu?
01. 09. 07 @ 23:20
Comment from: pure_love [Visitor]
pure_loveMKU, belkem onlarin da aralarinda ozlerine gore gozelleri var.. ;) Bu cugundurda ne gormusuz, men basha dushme bilmirem. Bes salatlara cugundur vurulanda nece yiyirsuz??? Realium, ALLAHin verdiyi nemet her sheye dermandir, olmekdense, onlari yesen, derdivin dermanini taparsan... ;) lali, elbette ki... :)
01. 09. 07 @ 15:15
Comment from: Realmania [Member]  
RealiumÇuğundur və balqabaq fuuuuuu. Allah uzaq eləsin xəstəlikdən əziyyət çəkmək iyrənərək ölməkdən yaxşıdır. Belə də isə çox gözəl məsləhətlərdir. Mənə lzım olan bir-iki məlumatı tam öyrəndim. Minnətdaram!!!
01. 09. 07 @ 03:39
Comment from: Most Known Unknown [Visitor]
Most Known Unknownmaragli melumatlardi, chox saol ay Purka. Amma menim bashim chixmir, bu zenciler gece gyunduz toyux yiyiller, amma mene nese gyozel gorsenmiller. diesen chugundurdan nifret eliyen tek men doulem:)
01. 09. 07 @ 00:17
Comment from: tehmasib [Visitor]
tehmasibBalqabag ve chugundur yemirem demek olar ki... :((
31. 08. 07 @ 22:40
Comment from: Sabishka [Visitor]
SabishkaPurka choox minnetdaram bajito :)hegigeten tegdirelayigdi:) faydalanacam meslehetlerinden:)
31. 08. 07 @ 20:29
Comment from: LALE [Visitor]
LALEMEYVELERE YOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOXXXXX DEYE BILMIREM....................................................
31. 08. 07 @ 19:57
Comment from: Varvar [Visitor]
VarvarMen ise hr axsham gedib marketin colunden bunlara baxiram.Almaga pulum yoxdur deye
31. 08. 07 @ 17:26
Comment from: sensitive [Visitor]
sensitiveMaybachin yazdiqlari + chorekden bashqa her sheyi yeyiren, en chox ise alma :)
31. 08. 07 @ 17:03
Comment from: maybach [Member]  
MaybachBalqabaq, sarimsaq ve chugundurdan bashqa her sheyi yeyirem siyahida olan :))))
31. 08. 07 @ 16:54

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution

©2024 by EylencE.AZ

Contact | Help | b2evo skin by Asevo | free blog | green hosting | FP