| « Azeronline SMSKompas (9044) xidməti | $$$ История доллара!!! $$$ » |
Ev telefonları pullu olacaq
Nazir müavini bunu istisna etmir
Azərbaycan gələn il stasionar telefon rabitəsi üzrə danışıqların vaxt hesabı ilə ödənilməsinə keçə bilər. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat verib. İltimas Məmmədovun sözlərinə görə, stasionar şəbəkə üzrə telefon danışıqlarının dəqiqə hesabı ilə ödənilməsinə keçid məsələsi hazırda gündəlikdə olmasa da, Rabitə Nazirliyi bu məsələyə ATS-lərin elektronlaşdırılması prosesi tam başa çatdırıldıqdan sonra baxılmasını qərara alıb.
Elektronlaşdırılmanın tam başa çatdırılması isə gələn ilin aprelinə planlaşdırılır. “Bundan sonra telefon danışıqlarına pulsuz limit tətbiq oluna bilər” deyən nazir müavini bildirib ki, Azərbaycanda rabitə xidmətləri sahəsində ilk dəfə olaraq “daşınan nömrə” sistemi tətbiq ediləcək. “Daşınan nömrə”nin əsas məqsədi mobil telefon istifadəçisinin operatordan asılılığını aradan qaldırmaqdır. Yəni bundan sonra istifadəçi digər operatorun xidmətindən istifadə etmək istəyirsə, ərizə yazmaqla, öz mobil nömrəsini dəyişmədən başqa operatora keçəcək.
6 comments
Bəlkə telefonda danışmaq üzrə dəfələrlə rekordları darmadağın etmiş, dünyaşöhrətli "qiybətlik" sənətinin mahir ustası olan vətəndaşlarımız bu yolla azalar və ən axırda da son qoyular :=)))))))