« Самые самые рекордсменыХиллари Клинтон пообещала в случае избрания на пост президента США признать «геноцид армян» »

Ermənistanda "Azərbaycanşünaslıq" fənni tədris ediləcək

  25. 01. 08 18:12, by MASTER_İER, Categories: Xəbərlər | Новостьи
by Master_IER


Seyran Oqanyan: "Mən bir sıra qurumlara belə proqramın hazırlanması məsələsi üzrə tapşırıq vermişəm"

Ermənistanda "erməniyönümlü" təbliğat proqramı işlənib hazırlanacaq. Bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Seyran Oqanyan Yerevan Dövlət Universitetinin (YDU) tələbə və müəllim heyəti ilə görüşündə bildirib.

Oqanyan qeyd edib ki, YDU-da "Azərbaycanşünaslıq" fənninin tədrisinə başlamaq planlaşdırılır. "Təəccüblüdür ki, bu niyə əvvəldən olmayıb. Biz düşmənin dilini bilməliyik", - deyə general qeyd edib. Onun sözlərinə görə, "erməniyönümlü" təbliğat məsələsi ilə bağlı görüləcək çox iş var. "Mən bir sıra qurumlara belə proqramın hazırlanması məsələsi üzrə tapşırıq vermişəm", - deyə Oqanyan bildirib.

Hərbiçinin çıxışından belə məlum olur ki, Ermənistanda baş qərargah rəisi universitetdə keçilən fənlərin siyahısını müəyyən edir və xarici-siyasi təbliğat məsələlərini həll edir.

Oqanyanın özünə gəldikdə isə, o, Xocalı faciəsində təqsirli olan hərbi cinayətkarlardan biri kimi məşhurdur. Orqanyan həmçinin ermənilərin Şuşa şəhərinin və Laçının zəbt etməsində mühüm rol oynayıb. Hazırda Oqanyan Ermənistan hakimiyyətinə nəzarət edən Qarabağ klanı üzvlərindən biridir. /«Turan»/

http://www.anspress.com/

6 comments

Comment from: Trepsixore [Visitor]
Trepsixoremaladec! axir ki ermenilerden bir agilli fikir cixdi :) halaldi, men algishlayiram! duz deyir, adam dushmenin dilini bilmelidir! bizim agillilar ise azdan coxdan bildiyimiz rus dili de bize unutdurmaga chalishirlar! :) bizimkileri de algishlayag :) neyssseeeeeeeeeee :)
28. 01. 08 @ 12:13
Comment from: complicated [Visitor]
complicatedbdu-da qafqazsunasliq ixtisasinda ermeni dili kecilir.buna 100% emin ola bilersiz.yeniki azerbaycan da fikirlesib olardan qabaq
27. 01. 08 @ 14:42
Comment from: Sabina [Visitor]
Sabinaaha bu melumatla bağlı mende bir nece aciqlama deyerdim.BDU-da bu yönlü dersler artıq 4-5 ildi tedris edilir.BDU-nun rektoru Abel Meherremov bunu tesdiqleyir, yeiki ermenişunaqlığa aid dersler keşilir bizde de.Bu meselede ne ecebse biz "oları" qabaqlamışıq.İsgender demişken "Eyer düşmeni mehv etmek isteyirsense birinci növbede onun dilini öyren"..Master melumata göre cox sag ol
26. 01. 08 @ 10:16
Comment from: baby_lesi [Visitor]
baby_lesiYaxsi siyasetdi. Bizimkiler fil qulagind yatiblar hele. Qoy yatsinlar neyleyirler ee Qarabagi??
26. 01. 08 @ 00:45
Comment from: Realmania [Member]  
RealiumMurad, biz deyəndə hamını oraya qatma! ;) Bunlar belədirlər da, bir əllərində sabun, o biri əllərində kitab tuturlar.
25. 01. 08 @ 18:57
Comment from: murad [Member]  
MuradMaster, Sirusho-ya da öyrətsəydilər, yaxşı olardı. Bir az çatlaşardıq erməni qızları ilə =)) GöZümüz aydın =)) Şad xəbər olasan =))
25. 01. 08 @ 18:29

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2024 by EylencE.AZ

Contact | Help | b2evolution skins by Asevo | blog software | web host