« "Romantik" Toy Shekilleri Meksikaya seyahet »

BARIŞ AKARSU...

  02. 09. 07 01:35, by pure_love, Categories: Məqalələr | Статьи, Məşhurlar | Знаменитые, Xəbərlər | Новостьи
by Pure Lve

Janika bajımızın istəyi ilə...




29 iyun 1979-cu ildə anadan olan Barış Akarsu, ilk və orta təhsilini Amasra’da alıb. Çox kiçik yaşlarından həvəslənərək fleyta, gitara kimi musiqi alətlərini çalmağa başlayıb. Dostları arasında gitara çalıb, mahnı oxuyan Barış, daha sonra professional olaraq musiqi ilə maraqlanmağa başlayıb. İlk öncə Antalya’dakı bir tətil mərkəzində animasiya işləri ilə məşğul olub, sonradan Ankara’da ofisiantlıq edib. 2004-cü ildə dostlarının təkidi ilə "Akademi Türkiye" adlı müsabiqəyə gəlib və birinci yerin sahibi olub.

Müsabiqədən sonra İstanbul’a köçən Akarsu’nun, 2005-ci ildə ilk albomu "Islak Islak"ı, 2006-cı ilin avqust ayında isə "Düşmeden Bulutlara Koşmak Gerek" adlı ikinci albomu işıq üzü görüb. Eyni ildə "Yalancı Yarim" adlı serialda rol almağa başlayıb. Anadolu Üniversitesi Açıköğretim Fakültesi’nin tələbəsi olan Akarsu, USDER’dən Rock aləmində "En iyi Şarkıcı", "Future" jurnalından da "Yılın En Sevilen Rock Sanatçısı ve Cem Karaca Özel" mükafatlarını qazanıb. "Yalancı Yarim" serialının çəkilişləri səbəbindən 2 həftə Bodrum’da qalan heyət mövsümün final hissəsini artıq çəkmişdi. Ancaq reytinqlərin yüksək olması səbəbi ilə çəkilişlərin davamı qərara alındı və heyət 29 iyunda yenidən Bodrum’a qayıtdı. Akarsu, keçirdiyi qəzadan təxminən 4 saat əvvəl bir çox turistin çəkdiyi video görüntüsündə "Merak etmeyin. Şimdi gidiyorum ama döneceğim. İki hafta daha buradayım" demişdi. Ancaq Club Flipper’dən yola çıxdıqdan qısa müddət sonra gözlənilmədən bir yük maşını ilə toqquşdu və verdiyi sözü tutmadı...



Reanimasiyada keçən 5 günün axşamı həyatını itirən Akarsu, Bodrum’dan 3 min insanın göz yaşları ilə yola salındı. Özel Bodrum Hastanesi’nin beyin cərrahı Dr. Abdullah Servet, saat 21.00-ə yaxınlaşarkən sənətçinin qəlbinin durduğunu, təxminən 45 dəqiqə müdaxilə edilməsinə rəğmən özünə gələ bilmədiyini bildirərək, "Barış’ı kaybettik" dedi. Xəstəxanada müjdəli xəbəri gözləyən Bodrumlu fanatlar, ölüm xəbərinin açıqlanması ilə sarsıldılar. Qəza keçirməzdən bir neçə gün əvvəl ticarət mərkəzlərinin birində gəzərkən, "Karib adasının piratları" filmində Johnny Depp’in oynadığı Jack Sparrow rolunun maketində aktyorun özünə çox oxşadığı görüb və maraqlanıb. Doğum günündən bir gün əvvəl də serialda bir çəkilən partnyorları doğum günü hədiyyəsi olaraq, Barışa o maketi almışdılar..



Akarsu’nun cənazəsi saat 03.00-də xəstəxanadan alınaraq təcili tibbi yardım maşını ilə Milas-Bodrum Havalimanı’na, oradan saat 05.00-də İstanbul’a göndərildi. Gənç müğəninin cənazəsini Atatürk Havalimanı’nda "Seyhan Müzik"in sahibi Mehmet Seyhan’la birgə bir neçə insan qarşıladı. Barış Akarsu'nun cənazəsi, Bartın'ın Amasra bölgəsində qılınan namazdan sonra ailə məzarlığında torpağa verildi.
ALLAH Rəhmət eləsin!

15 comments

Comment from: alfonso_zaur [Visitor]
alfonso_zaurO gozel senetci rocker idi. Men rocku Baris Akarsu dinledikden sonra xosladim. ALLAH REHMET ELESIN!!!
01. 02. 08 @ 22:42
Comment from: azik_511 [Visitor]
azik_511allah rehmet elesin turkiye boyuk senetkari itirdi turk halkina bas sagligi diliyorum
04. 09. 07 @ 00:22
Comment from: GUNKA [Visitor]
GUNKAO MENIM CANIM IDI SIZE MINNETDARLIGIMI BILDIRIREM KI,ONUN HAQDA MELUMAT YERLESDIRMISIZ.ALLAH ONA REHMET ELESIN YERI CENNET OLSUN
03. 09. 07 @ 20:10
Comment from: pure_love [Member]  
pure_loveJanika, deymez, qadasi! InshALLAH dediyin kimi olar! Cox tez dunyasini deyishse de mahnilarda ve onu seven fanatlarinin qelbinde hemishe yashayacag...
03. 09. 07 @ 18:43
Comment from: menasiz_heyat [Visitor]
menasiz_heyatAllah rehmet elesin...Men onu 1 serialdan taniyirdim orda sofer rolunda cekilmisdi.
03. 09. 07 @ 18:16
Comment from: Sirene [Visitor]
SireneAllah rehmet etsin,qebri nurla dolsun,inshallah Ruhu shad olsun. Gozel senetci idi...
03. 09. 07 @ 11:59
Comment from: lanselot [Member]  
LanseloT
Cox yaxshi mugenni idi...Allah Rehmet elesin!!!
03. 09. 07 @ 11:16
Comment from: sensitive [Visitor]
sensitiveMenim de xoshum gelir...Allah rehmet elesin...
03. 09. 07 @ 10:12
Comment from: Banditka [Visitor]
BanditkaTanimaya bilersiz verlislere cox cixmirdi coxlu konsertler verirdi.Hec vaxt maqazinle gundemde olmadi.Bodrumda olma sebeblerinden biri de Losemili usaglar ucun xeyriyye konserti vermek idi yigilan meblegi onlarin mualicesi ucun xestexanaya verdi hette oz konsertine oz biletini de aldi.Yashasaydi cox boyuk isler gorecekdi amma qismet olmadi
03. 09. 07 @ 02:15
Comment from: diamond [Visitor]
diamondobojayu ego.......... s smogo pervogo dnya. allah bu gozelliyi torpaga qismet eledi. ruhu sad olsun
03. 09. 07 @ 00:01
Comment from: maybach [Member]  
MaybachMen onu hech vaxt tanimamishdim... Allah rehmet elesin.
02. 09. 07 @ 21:04
Comment from: Sabishka [Visitor]
Sabishkadogrusu ilk tanishligim ele bu posta tesaduf edir.Allah rehmet elesin.
02. 09. 07 @ 10:49
Comment from: Banditka [Visitor]
BanditkaBaris haqda melumat qoydugunuz ucun tesekkurler.En acisi o idi ki o oz ad gununde avariya eledi(ad gunune gedirdi o vaxt).O ki qaldi janikanin yazdigi sayt Baris olenden sonra acilan saytlardir onun esil sayti www.baris-akarsu.com-du.ozu hemse bu sayta gelib.men de coxxx beyenirdim onu amma hec bir konsertine gede bilmedim:(Allah rehmet elesiin nur icinde yatsin
02. 09. 07 @ 03:46
Comment from: GramaFon [Member]  
GramaFon,anamin chox xoshuna gelirsi olende agladi !!! Allah rehmet Elesin!!!:((
02. 09. 07 @ 02:37
Comment from: Janika [Visitor]
JanikaCanım sonsuz teşekkürler! Sen bir denesen. Hegigeten tegdirelayig iş gördün. Eminem, ruhu şad olacagdır Barışın. http://barisakarsu.frbb.net - Barış Akarsu-nun fan klubudur, dostlar! salamat galın! görüşenedek. pure öpdüm!
02. 09. 07 @ 02:14

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2024 by EylencE.AZ

Contact | Help | b2evolution skins by Asevo | blog software | best hosts