« Qızın nömrəsini öyrənmək istəyirsiniz?Такого еще не было »

Aznetin “püfff” nöqtələri.

  10. 02. 08 21:08, by Murad, Categories: Azərbaycan | Азербайджан, Gülməli hekayələr | Смешные истории
by baZNet

Azəri saytlarında gəzinəndə görürsən ki, istifadəçilərin və sayt sahiblərinin heç də hamısı nəyin nə olduğunu bilmirlər. Ona görə məndə AzNetin "püff" (yəni o qədərdə xoş olmayan, iy verən məqamlarını) öz fikrimcə, öz anlayışımla açmağa, izah etməyə çalışdım. Razı olmayanlar şərh verə bilərlər.

  • Əgər AzNetdə sayt sahibisinizsə ən əsası onu bilməlisiz ki, AzNetdə heç kimdən host almaq olmaz. Çünki istədikləri vaxt sizin faylları sizin icazəniz olmadan yaxşı qiymətə başqalarına sata bilərlər.


  • Əgər AzNetdə sayt sahibisinizsə bilməlisiz ki, reytinqiniz 100-ü keçəndən sonra 100% sizə özünü xaker zənn edən mərdimazarlar müxtəlif proqramlar vasitəsilə "DOS" atak edəcəklər.


  • Əgər AzNetdə sayt sahibisinizsə bilməlisiz ki, hər gün 10-15 dənə bacıoğlu nikli adamdan saytın xak ediləcəyi barədə və ya özünü xaker saytları kimi qələmə verən bəzi saytlardan gözünüzü qorxutmaq üçün pulsuz reklam təklifləri alacaqsınız.


  • Əgər AzNetdə sayt sahibisinizsə bilməlisiz ki, AzNetdə istifadəçilərin səviyyəsi(hamısının yox, amma əksəriyyətinin) şou-biznesdəki müğənnilərin səviyyəsindən o tərəfə getmir. Lahiyə seçəndə diqqətli olun.


  • Sayt sahibisinizsə bilməlisiz ki, AzNetdə ZəngimCELL`i olmayan sayta belə birtəhər baxırlar. (Amma əslində AzNetdən pul qazanmağın başqa yolu da yoxdur).


  • Əgər AzNetdə sayt sahibisinizsə bilməlisiz ki, AzNetdə sayta reklam götürmək üçün "tanışlarınız" olmalıdır, yoxsa ancaq banner mübadiləsi ilə saytı yola verməli olacaqsınız.


  • Əgər AzNetdə istifadəçisinizsə bilməlisiz ki, heç də çoxgirilən sayt səviyyəli demək deyil.


  • Əgər AzNetdə istifadəçisinizsə bilməlisiz ki, hər "script install" edən proqramist və hər "template" atan dizayner deyil.


  • Əgər AzNetdə istifadəçisinizsə bilməlisiz ki, hər gördüyünüz "exclusive" sözünə inanmaq lazım deyil.


  • Əgər AzNetdə istifadəçisinizsə bilməlisiz ki, AzNetdə indiyənə kimi yaxşı informasiyalı və bilikli proqramçıların yığışdığı yeganə sayt securitylab.az idi və hər fonu qara rəngə boyamış saytda xakerlər oturmur. AzNetdə xaker yoxdu, ancaq rus və türk forumlarının köhnəlmiş mövzuları var.


  • Əgər AzNetdə istifadəçisinizsə bilməlisiz ki, AzNet də Azərbaycan kimi iki dillidir, rusdilli AzNet və azərbaycandilli AzNet.


  • Əgər AzNetdə istifadəçisinizsə bilməlisiz ki, bir-iki ilə hamının wap saytı olacaq.


  • Əgər AzNetdə istifadəçisinizsə bilməlisiz ki, chatda mütamadi otursanız nə vaxtsa dalaşmalı olacaqsınız.


      • Əgər AzNetdə istifadəçisinizsə bilməlisiz ki, internet kluba gedəndə "əleyhqaz" taxmalısız yoxsa siqaret tüstüsündən nəfəs almaq mümkün olmayacaq.



2 comments

Comment from: cavid [Visitor]
cavidsaLAM N'T'RS'B
23. 06. 08 @ 12:00
Comment from: Gunel [Visitor]
GunelAxrinci bendeki sozler lap yerine dushdu Pryama yablina popal Bele davam etsehec elekqaz da komek ola bilmeyecek Nese bizler cetin duzelek
19. 02. 08 @ 10:00

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2024 by EylencE.AZ

Contact | Help | Blog skin by Asevo | blogsoft | LAMP hosting