« Gunun Xeberi - Yanvar 25, 2007Батарейки вместо бензина »

Azer oğlu Qorqud qayıdır - 2

  25. 01. 07 16:59, by Agsaqqal, Categories: Ədəbiyyat | Литература
Firudin Gilar Bek
Sahib ez-zeman - Azer oğlu Qorqud qayıdır

Copyright – Firudin Gilar Bek, 2002 г.



Mene bezi userler dediler ki, chox uzun yerleshdirirem... Menim shexsen fikrimce, evvelden uzunluguna baxmaq lazim deyil. Oxuduqca, oxunan meqaledir. Amma yene de, bu gun uchun, dunene baxmish, qisaltdim. Sizce bele olsun, ya dunenki miqdar daha yaxshi idi? Fikirleriniz chox deyerlidir.


Aristotele göre tebietdeki bütün varlıqlar materiyadan (Platon materiyası F.G.) ve formadan ibaretdir. Platon materiyası – “Xora”, bütün varlıqları teşkil eden xassedir. O gözegörünmezdir, formasızdır, tutulmazdır (“Timey” 50b). Özüne benzer olan materiya müxtelif formalar ala bilir. Platon materiyası çoxluq, teklik, deyişkenlik, ölümlük, doğümluq, cisimlik ve s. menbeyidir. Platona göre ebedi, deyişmez ele ideya dünyası var ki, oradan bu dünyaya materiya tökülür. N.Tusi Platon materiyasını “cövher” adlandırır. Demeli, varlıq – cisim, materiyaya forma verildikde emele gelir. Bele çıxır ki, canlı varlıq yaratmaq üçün, materiyanın gücünden istifade etmeyi bacarmaq lazımdır. Onu ise yalnız onda etmek olar ki, Platon materiyasının içinde, yeni mifologiyada “dirilik suyu” adlandırılan gözegörünmez bu enerji daxilinde insana tabe olan bir varlıq olsun. Demeli, materiyanı idare etmek üçün, onun özünden ve öz içinde canlı varlıq-ruh yaradılmalıdır (bax.Platon “Timey”63BCDE). Buna göre de Eman /Amon 21 martda, öz beyninde, materiyadan ibaret olub, onun içinde yaşayacaq canlı varlığı tesevvür etmeye başlayır. Bir il müddetinde, o, yaddaşının gücü, qurbanlar, dua (mantra) ve eyni zamanda yerdeki rituallar vasitesi ile göyde, “odlu şar- gözegörünmez güneş” yaratmağa başlayır. İlkin xristianlığın en müdrik filosoflarından biri olan, e.e.1 esrde yaşamış Filon Aleksandriyski, Emanın tesevvüründe yaratdığı bu varlığı materiallaşdırmasını remzi olaraq bele tesvir edir: Arxitektor “evvel fikrinde tikecek şeherin bütün hisselerini tesevvür edir; mebedgah, mekteb, bazar, bere, sahil, küçe, yaşayış ve ictimai binalar ve s. Onun beyninde, mumun üzerindeki kimi, yuxarıda qeyd olunanlar derin iz buraxdıqda, o, öz beyninde yaratdığını, şeher simasında özünde daşıyır. Bundan sonra, ona verilen yaddaşın gücü ile, şeherin müxtelif hisselerinin resmini tesevvür edir ve onların tipini daha deqiq teyin edir. O, yaxşı usta (demiurq) kimi şeheri daş ve ağacdan, yaratdığı obraza baxa-baxa, görünen ve hiss olunan şeyleri düzelde-düzelde, bütün qeyri material ideyalara uyğun olaraq tikmeye başlayır”. Filon elave edir; “buna benzer, Allah, dünyanı yaratmağa başlayır. Evvel o, öz ruhunda (öz tesevvüründe) hisselerin növünü (hisselerini) ve onları mücerred dünyada birleşdirir, hansı ki sonradan, bu nümuneye oxşar, hissiyyat orqanlarının qebul ede bildiyi dünyaya çevirir” (E.E.Urbax “Mudretsı Talmuda” İsrail.1989.s.61). Belelikle Eman, göyde, güneş remzinde olan ve ali idrakı tecessüm eden (misirlilerin Qor, yehudilerin Yahve, yunanlıların Zeus ve s. adlandırılan) Allah yaradır. Bu Allah, onun elinin göydeki “kölgesi” timsalında, sonradan onun yerde, gilden yaratdığı ilk düşünen insana ruh verir (bax.Platon “Timey” 68E, 69B-C). Bu ve diger rituallar vasitesi ile Eman öz elleri ile kosmosu canlı varlığa çevirir. Kosmosun canlı varlığa çevrilmesi zamanı xüsusi keçirilen rituallardan biri de, qedim hind menbelerindeki “Aşvamedxa” ritualıdır ki, buna “Şatapatxa braxmana”, “Tayttiriya samxita”, “Brixadaranyaka Upanişada” ve s. kitablarda rast gelmek olar. “Brixadaranyaka”da bu ritualın menası bele açıqlanır; “Aşvamedxa”dakı qurbanlıq at kainat atıdır: “Om! Qurbanlıq atın başı – bu seherin açılması vaxtıdır.onun gözü – bu güneşdir, onun nefesi- külekdir. Qurbanlıq atın bedeni – bu ildir, onun beli- göy, qarnı- göy saheleri, böyrü – dünyanın saheleri, sümükleri -ulduz, ezelesi –bulud, tükleri – ağac ve s.-dir”. Burada atı qurban keserek, kesme merasimi dövründe keçirilen ritualdan söhbet açılır. Atın bedeninin müeyyen üzvleri kainatın müeyyen saheleri ile elaqelendirilir. Diger terefden kahin “atın qarşısındakına göre gündüz, atın arxasındakına göre gece yaranıb” deyerek mantra oxuyur. Eyni vaxtda atın qarşısında qızıl qabdan, atın arxasında ise gümüş qabdan oda erimiş yağ tökmekle ritual yerine yetirilir. Demeli, burada yağ yandırmaqla fiziki, mantra oxumaqla söz ve brahman fikrinde bu ritualı formalaşdırmaqla eqli, yeni mental vasitelerle proses heyata keçirilir. Müdrikler yazır:“Xator öz işini himnle, adhvaryu-qurbanlıq formulu ile, müğenni ise oxumaqla, ümumilikde, bu üç vasite ile iş görülür. Söz bu dünya, fikir ise o biri dünyanın tecessümüdür. Qurban, söz ve ağılın gücü ile hereket edir, fırlanır”ve s.

“Aşvamedxa” ritualı ile bağlı sehnede sifarişçi, “Pradcapati” –nin adı ile adlanır. “Pradcapati hem qurbanlıq özü, hem ianeçi (kahin), hem qurbanlıq ritualı bütövlükde ve hem de qurbanın sifarişçisi kimi qurbanlığın hesabına göye qalxan Allahdır. Bir terefden o, bütün Allahları, o cümleden Aqnini yaradır, diger terefden Aqni qurbanlıq od kimi onun atası sayılır. Belelikle, ilk kosmik hadise baş verir ve Pradcapati özünü Allahlara qurban vermekle sonradan qurbanlıq kimi “ikinci Pradcapati” yaradır”. Bu ritual ümumilikde bir il davam edir ve nehayet, heçden qızıl nüve, qızıl başlanğıc emele gelir ve s. Diger yerde ritualın sifarişçisi, ölenden sonra onunla birleşen, ritualın yarısını eqli ile beyninde hazırlayan ve eyni zamanda brahman rolunu oynayan, hökmran Ac Eman adlandırılır. Bu ritualın izleri qedim Misir papirusunda Pta Allahı haqqındakı yazıda görünür: “Sia-onun üreyi, Xiu-onun ağzı, Ka –onun ağzında bütün mövcud olanlardır. Onun canı –Şu (hava), üreyi –Tefnut (nemlik), sağ gözü –gündüz(güneş), sol gözü –gece(ay), bedeni ise nundur(su qarışıgı) ve s.”. Eyni mezmuna biz Hörmüz haqqındakı yazılarda da rast gele bilerik: “Sonra o öz bedeninden dalbadal bütün şeyleri yaratdı; Birinci göy onun başından yarandı… Hörmüz onun içinde öz yaratdıqları ile yerleşdi. Yer onun ayaqlarından yarandı…Sular onun göz yaşlarından yarandı… Bitkiler onun saçlarından yarandı… Od, onun ruhundan yarandı ve onun işıqlı şüası sonsuz işıqda yarandı… ve s.”. Zeus haqqındakı orfik himnlerin birinde ise deyilir: “Dünyanın qüdretli esası olan ve bir Allahın bedeninde bir güc ve ruh kimi; od ve su, torpaq ve efir, gecenin qaranlığı ve gündüzün işığı fırlanır…Onun başı ve gözel sifeti – bu parıldayan göydür, etrafı ise nece deyerler qızıl teller…Onun gözü güneş ve üzbeüz dayanan aydır. Heqiqi şah ruhu –bu ölmeyen efirdir.Onun bedeni de bu derecede parlaqdır, ölçülmezdir, dağılmazdır, berkdir, çox güclü ezaları nehengdir: Allahın çiyni, sinesi ve enli beli – bu uzaqlara uzanan havadır ve s.” (V.V.Yevsyukov “Mifı o vselennoy” N.1988.s.89,s.81, s.81.). Gördüyümüz kimi “Aşvamedxa” ritualı kimi yazılar qedimde çox xalqlarda olmuşdur. İndi ise biz “Aşvamedxa” ritualına izah vermeye çalışaq. Lakin bundan evvel biz, bütün varlıqların esasını teşkil eden Platon materiyasının neden ibaret olduğunu, onun sirlerini araşdırmalıyıq.

Bildiyimiz kimi güneş sistemin hereketi, güneşde geden reaksiyalar neticesinde, onun işıq saçmağa başlanması ile eyni zamanda başlamışdır. Yaranmış güneş işığı tesir ede bileceyi bir sahede xaotik hereket eden planetlere düşerek, itaetetdirici işığın gücü ile bu planetleri nizamlı herekete getirmişdir. Herekete gelmiş sistem sesle müşayet olunaraq, eyni zamanda tebietin diger, “benzerlik” ve “elaqe” qüvvelerini yaratmışdır ki, bu qüvveler son neticede tebietin özünüberpa - “tamlıq” qüvvesinin yaranmasına sebeb olmuşdur. Mehz bundan sonra tebietde hava, su ve s. substansiyalar meydana gelmişdir. Qeyd edek ki, tebietin bu qüvveleri eyni zamanda qanun kimi çıxış edir. Demeli, Platon materiyası, işıq, hereket, ses ve magiyanın “benzerlik” ve “elaqe” qüvvelerinin birge yaratdıqları tebietin “özünüyaradış, özünüinkişaf ve özünüberpa” qüvvesidir. İşıq, ses ve hereket haqqında, elme demek olar ki, her şey aydındır. Lakin “benzerlik” ve “elaqe” qüvveleri bu güne qeder tedqiq olunmamışdır.

Tebietin “benzerlik” qüvvesi – “benzer - benzer yaradar” demekdir. Bütün tebiet tam qanuna uyğun şekilde hereket edir ve her gün, her saat tebietin müeyyen qanunları ile temasdadır. Novruz bayramının 1-ci günü yaz, 2-ci günü yay, 3-cü günü payız,4-cü günü qış feslinin ümumi veziyyeti ile elaqedardır. Yeni eger bayramın 1-ci günü havalar soyuq keçse, demeli yaz fesli soyuq olacaqdır. Eyni derecede bütün diger fesiller de beledir. Ana betnine düşen uşağın xüsusiyyetleri müeyyen günlerle elaqedardır. Uşaq ana betninde ilk terpenende ana kime baxsa, uşaq o adama oxşar. Yaxud uşağın “ilk tikesini” kim verse,uşağın xasiyyeti o adamın xasiyyetine benzer. “Müeyyen gün” ananın qoluna yazda açılmış gül deyse, uşağın qolunda da gül şekli olar ve her yaz uşağın qolundakı gül, açmış kimi qızarar. Eger siz göyde ulduz sürüşende üzünüzdeki xırda sızaqları eyni süretle desmalla silseniz, ulduz itende sızaqlar da yox olar. Qedim folklor araşdırıcısı Ceyms Frezer tebietin bu qüvvesini “qomeopatik magiya” adlandırmışdır. Tebietin mehz bu qüvvesinin tesiri altında insan beyni düşünme qabiliyyetine malik olmuşdur. Damarlardakı qan çayda axan suya benzeyerek herekete gelmişdir ve s.

Tebietin “elaqe” qüvvesi – “elaqede olmuş cisimler ayrılandan sonra da öz elaqesini itirmir” demekdir. Yuxarıda biz “benzerlik” qüvvesi haqqındakı misalda uşağın qolunda emele gelmiş gül şeklinin her yaz fesli çiçekler açan kimi qızaracağını yazdıq. Bu o demekdir ki, tebietle gül şekli arasındakı elaqe saxlanılır. Yaxın adamın başına bir hadise gelende, adamda olan qeyri-adi heyecan hissi hamıya tanışdır. Qedimde qırxılmış saçların, dırnaqların düşmen eline keçmesinden mehz tebietin bu qanununa göre qorxurdular. Bu qüvvenin tesiri neticesinde tebietde xüsusiyyetler meydana gelmişdir. Bu qüvvenin tesiri altında insan beyni yaddaşa malik olmuşdur. Mehz insan beyninin bu qüvvesinin tebietin “elaqe” qüvvesinde hereketi ile Nostradamus, Vanqa kimi psixometrler zamanda hereket ede bilmişler. Frezer bu qüvveni “kontaqioz magiya” adlandırmışdır ve s.

İşıq özünün yaratdığı hereket ve qüvvelerden keçib sethe düşdüyü zaman o, bu ve ya diger qüvvelerin tesirine meruz qalaraq zeifleyir, süreti azalır. Sethe düşüb zeifleyen işıq, tesir, dövr ve şerait müxtelifliyinde materiallaşma meydana getirir. Bütün varlıqlar, yeni kristal, bitki ve heyvanat aleminin hamısı müxtelif şeraitde zeiflemiş ve materiallaşmış işıqdır. İşığın herekete gelmiş sistemde zeiflemesi, bütöv bir ansamblın, o cümleden nemliyin ve havanın yaranmasına sebeb olmuşdur. Bir sebeb müeyyen bir neticeni doğurur ki, bu netice de diger bir neticenin sebebi rolunu oynayır. Belelikle, mehz sebeb ve netice silsileleri bütün kainatın inkişafına getirib çıxarmışdır. Platon materiyasının ve tebietin bu sirlerini bildikden sonra qedim mistik yazılara izah vere bilerik.

1 comment

Comment from: sensitive [Visitor]
sensitiveAgsaqqal_emi, ilk once teshekkur edirem, yeni eser yerleshdirdiyiniz uchun, oxuyuram, maraqlidir, mence uzun olmasinda bir problem yoxdur, ele birinci hissedeki kimi olmasini isterdim...
26. 01. 07 @ 17:44

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
June 2022
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

Search

Categories

  XML Feeds

powered by b2evolution

©2022 by EylencE.AZ

Contact | Help | b2evo skin by Asevo | free blog | green hosting | François