« Gunun Xeberi - Yanvar 24 2007Signs... »

Azer oğlu Qorqud qayıdır - 1

  24. 01. 07 16:43, by Agsaqqal, Categories: Ədəbiyyat | Литература
Firudin Gilar Bek

Sahib ez-zeman - Azer oğlu Qorqud qayıdır

Copyright – Firudin Gilar Bek, 2002 г.


1. Qorqud - qedim Emirlerin Qor Allahıdır

Bu kitab, bütün Allahların Atası ve Ağası, her iki torpağı öz nuru ile işıqlandıran ve bu torpaqların taxt-tacının Hökmdarı, heqiqetle yaşayan, ezeli, sirli tezahürlü ilk Yaranış, öz-özünü yaratmış müqeddes Allah, çağırana gelen, yalvarana rehimli olan ebedi Böyük Allah, onu üreyinde qebul edenin gözel müdafieçisi, yeri ve göyü düzeltmiş Şahlar Şahı, Böyük Atam, Sahib ez-zeman Azer ve Esed oğlu Dedem Qorqudun qayıdışına hesr olunur.

Azerbaycan xalqının tarixi haqqında çoxlu kitablar yazılmasına baxmayaraq, bu gün de elimiz haqqındakı heqiqetler qedim dünyanın sirleri kimi açılmamışdır. Mehz bu menada, biz son dövr alimlerinin geldiyi neticeleri bir kenara qoyub, qedim yazıları ve mövcud reallığı elde esas tutmaqla müqeddes elimizin sirlerini açmağa cehd edeceyik. Bizim diger tarixçilerden ferqimiz ondan ibaret olacaq ki, biz “Quran”dakı “haqqa nahaq don geydirmeyin, haqqı bilerekden gizletmeyin” (2.42) kelamını üstün tutaraq yalnız ve yalnız heqiqeti araşdırmağa çalışacağıq.

“Kitabi Dede Qorqud” dastanının Azeri türklerinin müqeddes kitabı olmasını dünya alimleri artıq tesdiq etmişler. Demeli, biz en qedim abidemiz sayılan bu kitabdan genine - boluna istifade ede bilerik. Bu abideni oxumuş her kes tesdiq ede biler ki, bu kitab da diger qedim abideler kimi yarı mistik, yarı tarixi abidedir. İnsanın Allahla, Ezraille söhbetleri, möcüze göstermek xüsusiyyetleri, qeybden xeber vermek qabiliyyeti bu kitabın, en qedim yazılı abideler olan Misir yazıları, “Odisseya”, “Tövrat” ve s. kimi müqeddes kitablar sırasında olduğu demekdir. Demeli, ister-istemez biz bu kitabın diger qedim yazılarla elaqesine de fikir vermeliyik.

Platon (Eflatun) qedim revayet, dastan ve s. abidelerin eyniliyini haqqında “Politik” eserinde bele yazır: “Bütün bunlar ve bundan başqa minlerle daha qeyri-adi şeyler, yalnız bir hadisenin behreleridir. Lakin müeyyen zaman müddetinde bunların çoxu yaddaşlardan silinmiş, qalanları ise dağınıq haldadır ve bunlar haqqında ayrıca danışırlar. Bütün bunların kökünde ise ne olduğu haqqında ise heç kim danışmır” (269 s). Bu o demekdir ki, bütün dünyaya yayılmış revayet ve nağılların kökünde yaddan çıxmış hansısa qeyri-adi bir kosmik hadise durur. Diger yerde Platon Solonun sözlerine istinaden yazır: “Bizim elimiz (şeherimiz) qedimde çox böyük ve teeccübe layiq işler görmüşdür, hansı ki, sonradan insanların ölümü ve zamanın gedişi müddetinde yaddan çıxmışdır” (“Timey” 21e). Belelikle, biz netice çıxara bilerik ki, “Kitabi Dede Qorqud”” abidesinde de söhbet, hansısa sirli hadiseden gedir.

Qedim heqiqetleri daha yaxşı başa düşmek üçün biz, qedim Misirde yaranmış kamil dilçilik elminin esas qanunlarına nezer salaq. Mütexessisler qeyd edir ki, qedim Misir dilçiliyi, Finikiya, qedim Yehudi, Aramey ve s. kimi, yalnız samitler üzerinde qurulmuşdur. Her bir samit müeyyen bir menanı ifade edir ki, söz de bu samitler birleşmesinin ümumi menasıdır. Yalnız konsonant kök menanı bildirir, saitler ise müxtelif variantlarda müxtelif formada bağlayıcı rolunu oynayır (“Kultura drevneqo Yeqipta” M.76.s.301). Buna göre de qedim Misir, Yehudi, Ereb ve s. dilçiliklerinde saitler yazılmır. Uyğun samitlerin eyni mena verdiyi bu dilçilikde, yerdeyişme menaya tesir etmir. Bu menada Azer, ezra, esir, aşur, arus ve s. sözlerin menası eynidir. Bele çıxır ki, sirli kabbala ve sufi elminin de kökünde duran dil qedim Misir dilidir. Kabbala, dünyanın Allah terefinden yaradılmasının sirri haqqındakı mistik telimdir ki, burada cümlenin birbaşa menasından başqa daxili, iç menası da var. Demeli, cümlenin adi, yeni taş menası bu dünyaya, cümlenin daxili, sirli iç menası ise göyde yaradılmış gözegörünmez ruhlar dünyasına aiddir. Bu mentiq qedim Misir, Assur-babil dövründen xristianlıq ve sonrakı dövrlere qederki yazılarda ana xetti teşkil etmişdir. Müselmanların “batiniler” cereyanına göre de “Quran”ın görünen-zahiri menasından başqa, onun daxili-batini menası da var ki, o avamlar üçün yox, yalnız “seçilmişler” üçündür. Lakin her iki dünyanın sebebkar yaradıcısı “kainatın heyat enerjisi”” olduğu üçün, “heyat enerjisi” dünyası”, yeni ruhlar dünyası esas sebeb kimi götürülür.

Qedim yazıların gizli menalarını derk etmek üçün mövzudan kenara çıxaraq, evvelde qeyd etdiyimiz sufiliyin, kabbalanın kökünde duran qedim mentiqe nezer salaq. Dini şerhçiler müqeddes yazıların 4 seviyyeli olduğunu qeyd edirler. Bunlar: 1-ci herfi mena, 2-ci etik mena, 3-cü peyğember ve dünyanın sonu menası, 4-cü göze görünmeyen menevi menadır. Bu dörd menalı seviyyenin derki “cennet bağı”” demekdir ki, bu seviyyeye çatmış adam birbaşa cennete gedir. Diger terefden qedim Misirle meşğul olan mütexessisler qeyd edirler ki, qedim Misir edebiyyatında esas mesele, müellifin bir nağılda bir neçe müxtelif epizodları birleşdirmesidir. Bu mentiq bilavasite qedim Misirde yaranmış, sonra ise bütün dünyaya yayılmışdır. Müellifler cürbecür tekrarla, söz oyununa, alliterasiyaya ve s. el atırlar. Bezen ikinci cümle birincini deqiqleşdirir, tamamlayır ve yaxud fikri güclendirir. Diger terefden herflerin sirli menası bilavasite adlarda özünü gösterir ve mena cümleni tamamlayır ve s. (orada.s.317).

Mehz bu dolaşıqlarla rastlaşan A. Oppenheym “Drevnyaya Mesopotamiya”” kitabında yazır ki, “qedim Mesopotamiya mektublarındakı bütün deyimler emosiyalarla zengin ve dolğundurlar. Onların mövzuları bizim üçün derk olunmazdır ve oradakı him ve eyhamlar yalnız ünvanı üçün aydındır. Onların terminologiyası xüsusi sirli ifadelerle doludur”” (s.27). Bele çıxır ki, müasir alimlerin, qedim Misir dilçiliyinin esaslarını bilmemeleri sebebinden, qedim yazıların heqiqi menaları hele de derk olunmamışdır. Mehz buna göre de, alimlerin geldiyi neticeler bir-biri ile düz gelmir. Meselen: Ktesiyle Herodotun eyni şey haqqındakı fikirleri hemişe uyğunsuzluqla neticelenir. Qedim tarixçilerin bir birini inkar etmeleri sebebine göre, Bartolda ele gelir ki, Yunan menbelerinin ekseriyyeti sonradan tehrif olunmuşdur, çünki onlar heç bir tenqide dözmür. Turayev ise teeccüble, Herodotun Navuxodonosorun adını her yerde başqası ile evez etmesini bildirir. O yazır ki, Finikiya adlanan erazide yunan ve semit elementleri bir birine çox qarışmışdır. Misir yazılarını ise Makedoniya ve Yunan yazılarından ferqlendirmek mümkün deyil. M. Artamanov da bu qarşılıqlığa rast geldikde, - “...bundan sonra ne varsa, hamısı him ve eyhamlardan toxunmuşdur” deye yazır. Biz B. Nizenin “Herodota elave etmek yox, onu izah etmek lazımdır”” fikrine söykenerek bildiririk ki, qedim yazıların hamısı remzi menada yazılmış heqiqetlerdir. Mehz bu menada Firdovsi “Şahname”sinde,

“Menim sözlerimde tapılmaz yalan, ne efsun, ne efsane yazdım inan.
Ağılla oxu, remz tapsan eger, düşün remz menaya yol gösterer”.


deye yazdıqlarının remzi olduğunu xüsusi qeyd edir. Bu heqiqetleri başa düşmek üçün qedim yazıların elifbasını öyrenmek lazımdır. Yalnız nadan insan qedim yazılara cefengiyyat kimi baxa biler.

“Kitabi Dede Qorqud”” abidesinin Vatikan variantında qeyd olunur ki, “Oğuzun içinde temam vilayeti zahir olmuşdu””. Bu cümle o demekdir ki, bir elin içinde ikinci el yaranmışdı. Demeli, kitabdakı taş el” oğuz eli, onun içinde yaranmış el ise iç el”dir. Burada “vilayet” sözünün işlenmesi ise onu gösterir ki, “temam vilayeti” anlayışı bilavasite sufilikle bağlıdır. Sufilikde “vilaye”, “vilayet” sözleri (övliya, veli sözleri ile eynidir), sufi müqeddeslerinin keyfiyyeti, onların Allaha yaxınlığı menasındadır. R. Nikolson bu kateqoriyalı sufi müqeddesleri haqda bele yazır: “Veli, yeni müqeddes, kamil insanın (yeni Ademin) kütlevi tipidir ve bilmek lazımdır ki, Mehemmed peyğemberin müqeddesleri kultu, peyğemberler kultu kimi birden görme, görülmeyen ve başa düşülmeyen şeyleri görme, her şeyin aydınlaşması (qamlıq veziyyetinde görme menasında) ve s.-den başqa bir şey deyildir” (El Qezeli “Voskreşenie nauk o vere” M.80.s.276). Demeli, “vilayet”” sözü ikinci dünya ile elaqedardır, yeni yalnız qamlıq, ekstaz veziyyetinde görüle bilen ruhlar dünyası demekdir. Heqiqeten de “Kitabi Dede Qorqud””da Ezraili gören Deli Domrulun “gözleri görmez, eli tutmaz olub, canı cuşa gelir ve ağzı buz kimi olur”” ve s. Bele çıxır ki, Deli Domrul Ezraili ekstaz, qamlıq veziyyetinde görmüşdür. Diger terefden kitabdakı “temam vilayeti”” sözü, qedim Misirin Atum/Atam” Allahının vilayeti kimi başa düşülmelidir. Atam Allahı qedim Misirde söz, qurban, maqik ritual ve s. vasitelerle göyde yaradılmış ruhlar dünyasıdır. Bu haqda, müellifi olduğum “Kniqa Qora ili rasşifrovka Torı”” kitabında daha geniş melumatlar var. Bu o demekdir ki, “temam vilayeti””, göyde yaradılmış ruhlar dünyası olan “Adem eli”” menasındadır ve onu ancaq ekstaz, qamlıq veziyyetinde görmek mümkündür.

“Kitabi Dede Qorqud”da boyların birinde Tekurun arvadı, quyuya salınmış Qazan xana deyir: “Vay, senin elinden ne yer üzünde dirimiz, ne de yer altında ölümüz qurtulmuşdur”. Burada da remzi menada Qazan xan kimi gösterilen Pir Qorqudun elinden ne bu, ne de o biri dünyada qurtulmağın mümkünlüyü, Dede Qorqudun iki dünyanın Allahı olmasına işaredir.

Samitler qanunundan çıxan ümumi neticeye göre, övliya/veli sözleri ile vaal/bal sözleri eyni menalı sözlerdir. Bal, vaal adı qedim Babil, Finikiya ve s. ölkelerde qoruyucu ruh, ağa, Allah menasında işlenmişdir. Balaat, yeni vilayet adı ise qadın Allah, ilahe fikrini ifade edir. Diger terefden menbelerde Balaat Allahı “Balaat Qebal”” adı ile adlandırılır ki, bu da “vilayeti Qebele”” demekdir. Bu gün dilimizde ölüm ayağında olan adama – “onun veledi dönüb” deyirler ki, buradakı “veled” sözü “valaat” kimi “ölüm şahlığı” olan “vilayet” menasındadır. Qebele” sözü “Kitabi Dede Qorqud””da “Qaba alem”” kimi işlenmişdir ki, dilimizdeki “qibleyi alem””, “qible”” sözleri de bu mentiqle göydeki ruhlar dünyasının adıdır. B.A.Turayev yazır ki, Baal Allahına “Salam-Vaal””, “Pene Baal””, “Şem Baal”” ve s. adları da şamil edilir (B.A.Turaev “İstoriya Drevneqo Vostoka”.T.2.L.1935.s.9). “Kitabi Dede Qorqud””da Dede Qorqudun “vilayet issi”” olması qeyd olunur ki, bu da onun “vilayet ruhu””, “el”, alem ruhu”” olması demekdir. Demeli, “Salam-Vaal”” sözü, “issi alem Vaal”” - “İslam Vaal”” demekdir. Qaba alem, yeni ruhlar dünyası göyde yerleşdiyi üçün ona “Sema Baal””, yeni “Şem Baal”” da deyirdiler. “Pene Baal”” haqda biz aşağıda yazacağıq. Babil ilahesi olan Balaat Allahı, eyni zamanda, divar resmlerinde qedim Misirin İsida-Xator Allahı sifetinde de gösterilir ve diger Xatxor Allahı ile de eynileşdirilir. Xatxor adı Qutqor, yeni Qorqut-Qor Allahı (Derbendde Xorxut) fikrini ifade edir. Xator ise dirilik suyu içib ölümsüzlük qazanan Xıdır menasındadır ki, biz bu haqda da yazacağıq. Bele çıxır ki, Qorqud Ata ruhlar dünyasının ruhu olmaqla beraber, ruhlar dünyası onun bedenindedir. “Kitabi Dede Qorqud””dakı “Qaba alem götüren xanımız Bayandur xan”” deyimi onu gösterir ki, heqiqeten göydeki “Qaba alemi”, remzi menada Bayandur kimi gösterilen Dede Qorqud götürmüşdür. Bu ise o demekdir ki, qedim Misirin kosmik Allahı olan “Atum/Adem”” Allahı, başı göylere çatan Qor Allahıdır. Yehudi menbelerinde Ademin boyunun yarananda dünyanın bu başından o başına çatması, yeni Allah simasında olması, onun iki cinsliliyi ve kamilliyi haqqında melumatlar çoxdur.

Yuxarıda deyilenlerden bele netice çıxarmaq olar ki, bütün qedim yazılarda söhbet bilavasite Allahdan gedir. Çünki kainat tarixinde Allahından başqa heç kim qeyri-adi iş görmemişdir. Buna göre qedim Misir yazılarının birinde yazılır: “ Allah kainatı ve onda olan her şeyi yaratdı. O, dünyada olub, olan ve olacaq her bir şeyin yaradıcısıdır. O, dünyanın yaradıcısı, hele heç bir başlanğıc olmamış ona öz elleri ile ilk forma verendir; ondan çıxan dünyanı berqerar etmişdir ve s.” (U.Bac “Yeqipedskaya reliqiya.Yeqipedskaya maqiya”.M2000.s29).

Sufiler dahisi Ebu Hemid El Qezeliye göre dünya üç hisseye bölünür ki, bunun da birincisi, göze görünen ve hiss edilen “alem el-mülk ve - şehad”dır”. İkinci dünya menevi dünyadır ki, bu “alem el-ceberut””, üçüncü dünya ise göze görünmez o biri dünyadır ki, bu da “alem el-qeyb ve-l-meleküt”dür”. Mülkün” - insanların yerde yaşadığı el olduğunu nezere alsaq, onda meleküt”ün ruhlar dünyası olduğu qenaetine gelerik. Buradakı keçid dünyası olan ceberut”, bilavasite Allahın qüdreti menasında, yerdeki alemle göydeki alemin keçidi ve eyni zamanda giriş qapısı menasındadır. Melekütle ceberut Qor Allahının bedeni olduğu üçün bunları eyni de tesevvür etmek olar. Venzink, bezen bu iki adın yerlerini Ferabi ve İbn Sina kimi deyişir (El Qezeli. “Voskreşenie nauk o vere”” M-80, s 299). Bele çıxır ki, ceberut, qedim Misirdeki Qaba alemin güneşi olan Qor Allahının bedeni, meleküt ise Misirin Nut göyüdür. Platon “Timey”” eserinde kosmosu, ruhu ve ağlı olan canlı varlıq adlandırır (30v). Onun felsefesi ile müqayiseden bele çıxır ki, ceberut-kosmosun ruhu, meleküt ise kosmosun bedenidir (bax. “Kniqa Qora ili rasşifrovka Torı””). Demeli, Cebrail adı da ceberut kimi Qaba alemin ruhu, yeni Qor Allahı menasındadır. Qezeli Cebraille “heyat veren ruh”u” eyni tesvir edir. Zemahşeri (236, s 783) “heyat veren ruh”un” Cebraille beraber “Quran” olduğunu qeyd edir. Heqiqeten de “Quran” (erebce Qere) sözünün “mütalie”” menasında olması düzgün deyil. Tebii ki, doğulan uşağa da heyatı, yerin göyün sahibi olan Qor Allahı verir ve “Quran” da Qor Allahı demekdir.

Qor Allahını ve diger Allahları yaratmış Tektüz Emanın dünyanı yaratma prosesi haqda tesevvür yaratmaq üçün metnlere nezer salaq. Qedim Misir metnlerine göre evvel göyde, ilkin “nun”” sularında, yeni Platon materiyasında heç ne olmamışdır. Sonra Pta Allahı özünü, “nun” suları timsalında Atum Allahı kimi yaradır. Atum Allahı sonra Şu ve Tefnutu, yeni hava ve nemliyi emele getirir. Bunlardan ise Qaba ve Nut, yeni yer ve göy yaranır. Maqik ritual, söz, qurban ve s. istifade eden Eman (Amon) Allahı daha sonra Oziri, Qor, İsida, Set ve Neftidanı yaradır. “Nun” sularının, bu Allahların ne demek olduğunu yaxşı tessevvür etmek üçün daha evvele qayıdıb, o dövrün felsefesinin esasını başa düşmek lazımdır. Bunun üçün qedim alimlerin fikirlerinin araşdırılması vacibdir. (Davami Var)

7 comments

Comment from: carolenh3 [Visitor]  
carolenh3Fresh gay images http://blackgay.net.erolove.in/?profile_alec elijah wood gay malay gay gay india gay atlanta gay hussar
27. 03. 17 @ 15:58
Comment from: Alex [Visitor]
AlexBut compare them for their client fees. Understand it is necessary who seem to they have bank and credit union accounts.
21. 09. 12 @ 21:01
Comment from: Atilla645 [Visitor]
Atilla645Yeke adamsiniz,bosh-bosh ishlerle meshqulsunuz.Bu millet ne vaxt agillanacaq?????? Heqiqet gozunuzun ichindedi,her gunde 3 defe minarelerden size heqiqeti car chekib sizi duz yola chagirirlar ancaq iblis gozlerinizi,qulaqlarinizi ele tutub ki,ne gorur ne eshidirsiniz.Eslinde bele bele sheylerle iblise ozunuz komek edirsiniz.Aglinizi bashiniza cem edin.Dedemiz Qorqudu hech kim inkar etmir,ancaq bu boydada yoxde.Her shizik aglina ne gelir yazir.
10. 04. 10 @ 12:30
Comment from: georg [Visitor]
georgala bilirsen ne var? bu bos ve menasiz cumlelere xerclediyin zamana heyfin gelsin. bu nedi ale gic gic yazmisan camaatin beynine sekk subhe salacaq sozler. buna gore allah qarsisinda hesab vereceyinden yeqin xeberdarsan da?... ve yeqin bunuda bilirsen ki musruklerin yeni allaha serik qosanlarin aqibetinin yovmel qiyam(qiyamet gunu) nece olacagindan her halda xebersiz olmazsan? ona gore sene tovsiyyem bele bos seylerle itirdiyin vaxta heyfin gelsin.ozun bir yana baslarina bu fikri doldurdugun insanlarinda hesabini sen vereceyini dusun ve bu isden el cek. arasdirmaq istesen ((((QURANI kerimde ))) senin dunyanin nece xelq olmasi baresindeki suallarina cavab orda aciq askar beyan olunub.sene qalan sadece oxuyub mutaliyye elemekdir.......
20. 06. 08 @ 12:04
Comment from: filosof [Visitor]
filosofdede qorqud-qor allahin dedesi (numayendesi, elcisi) bele hesab edirem ki yeniden arawdirilmalidir.ve hetta deye bilerem ki dede qorqud bizlere gonderilmiw bir peygember onun qeleme aldigi kitab ise muqeddes kitabimizdir. Ulu onder Heyder Eliyev demek ki bowuna Dede Qorqudla bagli yubileylere tedbirlere xususi diqqet ayirmirmiw. bir bildiyi varmiw. sadece bizim super agilli alim ve akademiklerimizin bunu anlamaga tefekkuru kifayet etmedi.
24. 02. 08 @ 23:04
Comment from: syama [Visitor]
syamasag olun minnetdaram.indi yox aparib evde axshamlar oxuyacam ve sabah gelib fikrimi deyerem nece idi..
25. 01. 07 @ 09:44
Comment from: MOSSAD [Visitor]
MOSSADgozel movzudur. davam etseniz sevinerem
25. 01. 07 @ 00:02

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
June 2022
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

Search

Categories

  XML Feeds

powered by b2evolution

©2022 by EylencE.AZ

Contact | Help | b2evo skin by Asevo | evoCore | vps hosting | François