« Hemise cazibedar Jessica Alba Кандидатов в президенты США слепили из песка »

Aygün Kazımovanın doğum günü

  21. 01. 08 11:34, by AngeL_Blue, Categories: Şou-biznes | Шоу бизнес, Məşhurlar | Знаменитые
By Angel_Blue

Aygün Kazımova doğum gününü telekanalların birində canlı yayımda keçirəcək



Müğənninin ad günü iki saatdan artıq davam edəcək və marafon şəklində olacaq.

Aygün Kazımova yanvarın 26-da 37 yaşını qeyd edəcək. Bu dəfə müğənni doğum gününü fərqli tərzdə - yerli telekanalların birində canlı yayımda keçirəcək. Bu barədə «İstiot»a eksklüziv məlumat daxil olub. Məlumatda bildirilir ki, ad günü iki saatdan artıq davam edəcək və marafon şəklində olacaq. Tədbirdə uşaq və qocalar evi üçün vəsait toplanacaq. Tədbir boyu hesab nömrəsi efirdə nümayiş olunacaq. Proqramda xüsusi süjetlər də efirə gedəcək.



Aygünü həmin gün sənət dostları darıxmağa qoymayacaq. Proqramda Faiq Ağayev, Xumar Qədimova, Namiq Qaraçuxurlu və digərləri çıxış edəcək. Aygünə ən böyük hədiyyəni qızı İlqarə hazırlayır. Həmin gün məxsusi olaraq anası üçün mahnı ifa edəcək İlqarə konsert proqramını açacaq. Hazırda imici üzərində ciddi işlər görən Aygün saç düzümündə dəyişikliklər edəcək. Belə ki, yaxın günlərdə Bakıya xaricdən saç ustaları gələcək. Onlar ən yeni üsulla müğənninin görkəmində fərqli dəyişikliklər edəcəklər. Aygünün ad günündə geyinəcəyi paltarı da hazırlanmaqdadır. Qısa paltar şəhərimizin ən bahalı atelyelərindən birində tikilir. Çox güman ki, Aygün Kazımovanın ad günündə onun yaxın dostu, Rusiyada yaşayan həmyerlimiz modelyer Aslan da iştirak edəcək.

Mənbə: /ANS PRESS/

8 comments

Comment from: m⤳ [Visitor]
m⤳Eu realmente gostei de sua pagina Aygün Kazımovanın doğum günü.
01. 11. 12 @ 07:32
Comment from: aziz [Visitor]
azizaygun sen yeksen tebrikler.gec olsa da
03. 04. 08 @ 18:13
Comment from: ahmet [Visitor]
ahmetselam aygun nasılsın seninle tanışmak istiyorum gercekten cok hoç bayansın bekliyorum seni türki yeye.bayyy
23. 01. 08 @ 22:15
Comment from: hgtt [Visitor]
hgttSENIN YERIN YOXDU....
22. 01. 08 @ 18:54
Comment from: master_ier [Member]
MASTER_İERMolodesssssssssss. Bu fikre kim gelibse halal olsun.
21. 01. 08 @ 21:23
Comment from: AYAN [Visitor]
AYANHech xoshuma gelmir bundan. Ama yene de tebrik edirem.
21. 01. 08 @ 16:11
Comment from: lanselot [Member]  
LanseloTAd gunun mubarek AYGUN!!!(Axir qemin olsun NAMIQ!!!) ;)))))))))
21. 01. 08 @ 14:24
Comment from: Baby_lesi [Visitor]
Baby_lesiTebrik edirik Aygun Kazimova! Nece bele illere!
21. 01. 08 @ 14:21

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2024 by EylencE.AZ

Contact | Help | b2evolution skins by Asevo | blog software | best hosting