« SHAD XEBER!!!....QAN TAPILDI!!!“Eurovision”a kim gedəcək? »

Ötən ilin seçilmiş şou biznes nümayəndələri

  17. 01. 08 16:57, by AngeL_Blue, Categories: Məşhurlar | Знаменитые, Xəbərlər | Новостьи
By Angel_Blue



Ötən il, bizim şou-biznes və mədəniyyət adlanan sahədə bir çox maraqlı, bəzən şən, bəzən isə kədərli məqamlarla yadda qaldı. Bu məqamları gəlin birlikdə yenidən xatırlayaq.


İlin biznesmeni

Əlbəttə ki, Faiq Ağayev. O, ötən il müğənnilər arasında rekord sayda konsert verməklə, nəinki bir nömrəli müğənni, hətta bir nömrəli maliyyəçi olmağını təsdiq etdi. Axı, sarayda konsert verən zaman satışa çıxarılan on min sayda biletlərdən beş minini əvvəlcədən baş sponsora satmaq hər kişinin işi deyil!

İlin biznesvumeni

İradə İbrahimova. İl əzində yetərincə klip çəkdirməklə və bacısı Nigarla gözəllik salonunu açmaqda yaddaqalan bu Ağstafalı qız 2007-ci ilin şou-biznes tarixində əbədi olaraq yadda qaldı.

İlin göyəsovrulan pulları

İfaçı Ruhinin, daha doğrusu, onun sponsorunun pulları. Bu qız nə qədər klip çəkdirdi, təqdimat elədi – xeyri olmadı ki, olmadı, toylar gəlmədi ki, gəlmədi. Necə deyərlər, hər oxumayandan Ədalət olmaz. :)

İlin toyu

Müğənni Rüfət Axundovun nəhayət ki, subaylığın daşını atmağı və “Altun” restoranında bu prosesi həyata keçirməyi sözsüz ki, 2007-ci ilin ən yaddaqalan məqamlarından biri oldu. O gün olsun ki, təzə bəy öz “altun” toyunu da qeyd etsin.

İlin boşanmağı

Çox gözəl insan və heç də pis müğənni olmayan İzzət Bağırovu bu nominasiyanın şəriksiz qalibi hesab etmək olar. Əlbəttə ki, müğənni kimi özünə qəlblərdə yer tuta bilməyən Məleykə Əsədovanı çıxmaq şərti ilə.

İlin itkisi

Uşaqların sevimlisi olan, Ələkbər əmi adıyla tanınan aktyor Ələkbər Hüseynovun və müğənnilərin rəğbət bəslədiyi bəstəkar Hikmət Mirməmmədlinin vaxtsız və gözlənilməz bizi tərk etmələrini əlbəttə ki, ilin itkisi adlandırmaq olar.

İlin “avtoriteti”

Sözsüz ki, Xumar Qədimova. “Qoy özümə yer eləyim, gör sizi neyləyim” prinsipi ilə hərəkət edən bu müğənni 2007-ci ildə özünü şou-biznesdəki mövqelərini çox möhkəmlədi və “bozbaş” statusundan azad olmaq üçün əlindən gələni etdi. Hətta “A” kateqoriyalı müğənnilər arasında özünə “cici-bacı” və “çaşka-loşka”lar da tapdı. Necə deyərlər - sükanı belə saxla!

İlin qalmaqalı

Bütün “geydirmə” qalmaqalları bu siyahıdan silsək, yerdə qalır Rəksanə ilə eks prodüseri Təranə arasında yaşanan münaqişələr. Sonda biri indiyədək prodüsersiz, digəri isə verdiyi borc pullarsız qalıb.

İlin ən bahalı klipi

Burada da lider tək və şəriksizdir. Əlbəttə ki, söhbət rejissor Elxan Cəfərovun Eyyub Yaqubov üçün çəkdiyi ölməz Mikayıl Müşfiqin ekranizasiyası adlandırmaq olan “Yenə o bağ olaydı” klipi. Heç bilirsiz ona nə qədər pul xərclənib? Bircə onu qeyd etmək kifayətdir ki, bu musiqi nömrəsi digərlərindən fərqli olaraq kinolentə çəkilib və Eyyubun dostlarına və Mikayıl Müşfiqin pərəstişkarlarına 25 min AZN-ə başa gəlib.

Xalqın ən sevdiyi klip

Mobil telefonlarda il boyu populyar qalan Xumar Qədimovanın “Bir azca da döz” (müğənninin iştirakı olmadan) və Röyanın “Yağış” (mügənninin bilavasitə iştirakı ilə) klipləri hələ indiyədək gözlərdə dastandır.

İlin “həşəratı”

Özünü “əjdaha” adlandıran, lakin tərəf-müqabilləri tərəfindən birmənalı qarşılanmayan Nadir Qafarzadə bu nоminasiyaya ən layiq müğənnidir dеsək, hеç də yanılmarıq.

İlin anası

Əlbəttə ki, Zülfiyyə Хanbabayеva. Millət оnun ilk dəfə ana оlmağını Bakı-Tiflis-Cеyhan nеft kəmərindən ilk nеftin buraхılmasından daha çох gözləyirdi dеsək, yanılmarıq. Dənizin dünyaya gəlməsi ilə оna dəniz qədər хоşbəхtlik arzu еdirik!

İlin “lütləşməsi”

Bu nоminasiyanın sоyunma yох, məhz "lütləşmə" adlandırmağımız əbəs yеrə dеyil. Çünki arabir mahnı oxuyan Bagiranın Azərbaycanın bütün intеrnеt saytlarını bоyayan şəkillərinə ancaq “lütləşmə” adı vеrmək оlar. Hələ təsəvvür еdin, о şəkillərdən nə qədəri sеnzuradan kеçməyib.

İlin “sülhsevər” müğənnisi

Aygün Kazımovanı bu nominasiyanın qalibi elan etsək, səhv etmərik. İl boyu demək olar ki, bütün “qanlı” və “canlı” düşmənləri ilə sülh bağlayan Aygün insani və xüsusilə taktiki cəhətdən çox düzgün addım atdı. Axı, təkcə qalmaqal yox, sülh bağlama mərasimləri də müğənnini diqqət mərkəzində saxlayır. Sözün əsl mənasında müğənni “Əli aşından da, Vəli aşından da” il boyu yetərincə istifadə etdi.

Mənbə Show.az

3 comments

Comment from: cemil.reksaneli [Visitor]
cemil.reksanelireksaneye halaldi men bunu 1 nomreli ve giga fanat kimi deye bilerem.cun ki o duzgun insandi.halaldi menim mugennime.
19. 01. 08 @ 15:50
Comment from: Trepsixore [Visitor]
TrepsixoreInfoya gore teshekkurler! en bahali klip en maragli info idi. hec bilmezdim ki bu klipe bu geder pul xerclenib, Amma keyfiyyeti de eladir! Klipi chekenlere, bestekara ve Eyyub Yagubova Mikayil Mushfigi bir daha heyata getirdikleri ucun teshekkurler! Bu klipe baxanda hele olmayib ki, aglamayim, her defe aglayiram :( cox tesirlidir! :(
18. 01. 08 @ 11:06
Comment from: kokos-14 [Visitor]
kokos-14Goresen Xumarin mobil telefondaki hemin klipini nece tapmaq olar. Men gormemishem.
18. 01. 08 @ 10:56

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

free blog

©2024 by EylencE.AZ

Contact | Help | Blog skins by Asevo | blog software | web hosting