Post details: BU GÜN RÖYANIN TOYUDUR

22. 08. 08

BU GÜN RÖYANIN TOYUDUR

Röya Ayxan: “Mən xoşbəxtəm və hamıya belə sevgi arzu edirəm”

Hazırda şou aləminin ən tanınmış siması olan və yumşaq ifası ilə özünə ən çox dinləyici toplayan Röya Ayxan bu gün ərə gedir. Müğənni iki ildir eşq macərası yaşadığı sevgilisi Anar Cəlilovla nəhayət ki, bu gün rəsmi şəkildə, el adəti ilə toy çaldırıb ər-arvad elan olunacaq.
İndiyə qədər toyun gah Avropa ölkələrinin birinda, gah da Bakıdakı “Yaxt-klub”da keçiriləcəyi haqda yayılan söz-söhbətə də aydınlıq gəlib. Müğənninin mətbuat katibi Ülviyyə Alovlunun verdiyi məlumata görə, toy “Sarı gəlin” şadlıq evində keçiriləcək. Ü.Alovlu deyib ki, toya xarici müğənnilərdən kimsə dəvət olunmayıb: “Doğrudur, Röyanın xaricdən - Rusiyadan, Avropadan, Türkiyədən olan dostları bu toyda iştirak etməlidir. Lakin xaricdən heç bir müğənni dəvət olunmayıb, Röyanın yerli sənətçi dostlarından isə xeyli dəvətlilər var. İnşallah, toy başa çatandan sonra Röyanın pərəstişkarlarına şənlik barədə məlumat verərik”.
Yəqin ki, Röyanın sevgilisi ilə - “Çudo-peçka” mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu Anarla ilk tanışlığının harada və necə baş verməsi onun pərəstişkarları üçün də maraqlı olar. Odur ki, toy məqamında bu tarixçəni müğənnini sevənlərin nəzərinə Röyanın öz dilindən çatdırırıq: “Həmişəki kimi, mən şou-proqramda iştirak etmək üçün restorana getmişdim. Həftəarası olduğu üçün restoranda çox az adam vardı. Çıxışımdan sonra rəfiqələrimlə bir yerdə oturmuşduq. Bu vaxt lirik bir musiqi çalındı və mən həzin musiqinin sədaları altında xəyala daldım. Başımı qaldıranda qarşımda məni rəqsə dəvət edən bir şəxsi gördüm. Nədənsə bu nəzakətli təklif mənə xoş gəldi və onunla rəqs etdim. Rəqs bitəndən sonra hərəmiz öz masamızda əyləşdik. Məni təəccübləndirən bu idi ki, başqalarından fərqli olaraq o oğlan məndən heç telefon nömrəmi də istəmədi. Bundan sonra bütün şou-proqramlarda, toylarda gözüm adını belə bilmədiyim həmin oğlanı axtarırdı. 7 aydan sonra bir məclisdə təsadüfən yenə görüşdük. Bu dəfə onu itirmək istəmirdim və biz yaxından tanış olduq. Mən indi çox xoşbəxtəm və hamıya belə sevgi arzulayıram”.
Bu gün toy həyəcanı yaşayan müğənniyə “Yeni Müsavat” olaraq biz də xoşbəxtlik arzu edirik.

NİGAR

Comments:

Comment from: ketush006 [Visitor]
Allah Xoshbext elesin!!! Butun Eylence userlerine ve subaylara gismet olsun.
Permalink 22. 08. 08 @ 18:21
Comment from: Seva [Visitor]
Allah xoshbext elesin.inshallah 1-ci ve axirinci toyu olar:)
Permalink 22. 08. 08 @ 18:42
Comment from: GUNIK [Visitor]
Allah xowbext etsin.Subaylardan gorek.Ay camaat indide Roya hamile klipi cekdirecek......... bunlarinki ^qonwudan geri qalma^ oldueee
Permalink 23. 08. 08 @ 14:02
Comment from: EL QIZI [Visitor]
ROYA SENE XOSBEXT HEYAT ARZU EDIREM CEMI SUBAYLAR UCUN OLSUN AAMMIINNNN
Permalink 23. 08. 08 @ 19:05
Comment from: NUTSHELL [Visitor]
Xoshbext olsun.Amma shekillerin gordun hec beyenmedim.Nese gelinliyi yaxsi alinmamisdi.Men qeyri-adi bir shey gozleyirdim.Ne de olsa Royadi axiii)
Permalink 24. 08. 08 @ 13:04
Comment from: XAN_285 [Visitor]
Her cur oyundan cixandan sonra loxun birine ere gedir... :-D gedin xoshbext olun....
Permalink 25. 08. 08 @ 02:23
Comment from: SELENA [Visitor]
Day abrimiz getdi )))
Permalink 25. 08. 08 @ 11:20
Comment from: Selena [Visitor]
)))
Permalink 25. 08. 08 @ 11:21
Comment from: rnarmina [Visitor]
roya senen men nefesaliram canim menim
Permalink 26. 08. 08 @ 13:20
Comment from: Zumka [Visitor]
salam canim xowbext ol men seni cox isteyirem
Permalink 26. 08. 08 @ 22:16
Comment from: Rufet [Visitor] · http://www.show-az.com
onu alan qaqash peyserdiiiiiiii, onun boynunu yere soxum
Permalink 28. 08. 08 @ 14:28
Comment from: sadi [Visitor] · http://iran
röya bunu da bacardi daa ne bacarmaz ki?
Permalink 29. 08. 08 @ 21:02
Comment from: MAFIA_BAKU_002 [Visitor]
Hmmm.. CUDO PECKA qaqaw.. ALLAH Seni xowbext elesin,X5-ivide 10-defe geri qaytarsin(Rewid Beybutovda vurulan) Vezifende 3-defe qalxsin.. Royani tanimiram amma mugennidir bilirem...
Permalink 30. 08. 08 @ 06:37
Comment from: mirali_777 [Visitor]
roya arvadinla qosha qariyasan
Permalink 30. 08. 08 @ 20:50
Comment from: turan [Visitor]
Super.Prosto Super.
Permalink 07. 09. 08 @ 16:39
Comment from: EL-DENIZ [Visitor]
Salam Roya xanim! Sizi toyunuz munasibeti ile semimi qelbden tebrik edir, size aile seadeti arzulayiram. En xow arzularla Eldeniz! 055 262 00 01
Permalink 22. 09. 08 @ 15:12
Comment from: EL-DENIZ [Visitor]
Tebrikler
Permalink 22. 09. 08 @ 15:12

Leave a comment:

Your email address will not be displayed on this site.
Your URL will be displayed.
Allowed XHTML tags: <p, ul, ol, li, dl, dt, dd, address, blockquote, ins, del, a, span, bdo, br, em, strong, dfn, code, samp, kdb, var, cite, abbr, acronym, q, sub, sup, tt, i, b, big, small>
URLs, email, AIM and ICQs will be converted automatically.
Code
Options:
 
(Line breaks become <br />)
(Set cookies for name, email & url)

Search

Calendar

<  June 2010  >
Mon Tue Wed Thu Fri Sat Sun
  1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30        

Categories


Чат | Журналы | Форум | ZengimCELL | Фото | Признания | Игры онлайн | Анекдоты | WAP | SMS Пейджер | Пользователи
Правила использования | FAQ | Реклама | Связаться с нами | Гостевая



Free Page Rank Tool TOP Рейтинг@Mail.ru

Администрация:  Ilg; Murik  314925e-mail

Администрация сайта не несёт ответственности за сообщения на сайте.
Всё написанное является частным мнением независимых пользователей сайта.