« Джениффер Лопес продемонстрировала ... (18+)Yasamal rayonundan görüntülər =) »

ŞIRVANŞAHLAR SARAYI

  03. 01. 07 15:29, by Murad, Categories: Azərbaycan | Азербайджан, Şəkillər | Фотография, Məqalələr | Статьи
Şirvanşah I Xəlilullahın dövründə Bakıda Şirvanşahlar sarayı tikilmişdir. Bu orta əsrlərdə Azərbaycanda tikilmiş ən əzəmətli tikilidir. Bu abidə kompleksi 1997-ci ildə YUNESKO tərəfindən qorunan abidələrin siyahısına daxil edilmişdir. Bu kompleks saray, divanxana, türbə, məscid və minarə, ovdan və hamamın qalığından ibarətdir. Saray Bakının ən yüksək zirvəsində tikilmişdir. Divanxanaya daxil olan yerdə, qapının üstündə Qur’anın 10 sürəsindən ibarət olan yazıda deyilir ki, Allah öz istədiyi insanları düz yolla aparır. Divanxananın arxitekturasının dünyada heç bir analoqu yoxdur. Bu günədək bütün divanxananın ərazisi pir sayılırdı. Orada süd quyusu adlanan quyu vardır. Deyilənə görə südəmər körpəsi olan ananaların südü çəkiləndə həmin quyunun ziyarətinə gedirmişlər. Divanxananın yanında türbə yerləşir. Giriş qapısının üstündə sağ və sol tərəfdə yazılı medalyon var. Yazı iki dəfə təkrar olunur. Yazıda Allah, Məhəmməd, Əli, Memar sözləri oxunur. Türbənin giriş qapısında daha bir yazı var: “Mərhəmətli Böyük sultan Xəlilullah hicri tarixlə 839-(1436) ildə bu müqəddəs türbəni anasının və oğlunun xatirəsinə tikdirimişdir.” Bu kompleksə aid olan və təmizlik məbədi hesab olunan hamamlar da var. Buradakı hamamlar yeraltında yerləşdiyi üçün onların üzərində bağlar salınmışdır. Bu hamamlarda su yeraltı quyudan çıxırdı və möhkəm, yanan daş kimi əriyən ağ neftlə qızdırılırdı. Bütün ansambl həmin dövrdə Azərbaycanın arxitekturasının çiçəklənməsindən xəbər verir. Kompleks Şirvanşalar dövrünün əzəmətindən xəbər verir.

Şirvanşahlar sarayı XV əsirdə Azərbaycan ərazisində tikilmiş tarixi abidələrdən biridir. Xüsusi tikiliş üslubuna malik olan Şiranşahlar sarayı Azərbaycanın digər abidələrindən fərqlənir. Binanın əsas hissəsi 1420-ci ildə tikilib. Şirvanşahlar sarayı bir nəçə hissədən ibarətdir:

1. Divanxana (1450)
2. Seyid Yəhya Bakuvi məğbərəsi (1450)
3. Hamamxana (1450)
4. Məzar (1435)
5. Şahın məscidi (1441)
6. Mərad darvazası (1585)

1964-cü ildən kompleks Dövlət tərəfindən qorunur və saxlanılır.

Hamamxana

Hamamxana sarayın lap aşağı tərəfində yərləşir. O, 1939-cu ildə aşkar edilmiş, 1953-cü ildə təmizlənmiş və 1961-ci ildə təqdim olunmuşdur. Təmizlənməyə əsaslanaraq demək olar ki, sığınacaqlar künbəzlər tərəfindən örtülür və kümbəzdə olan kəsiklər də lazımi qədər sistemlidir. Hamamxananın planı dörd sütundan ibarət iki geniş dördkünc sığınacaqdan ibarətdir. Sığınacaqların bir qrupu soyunmaq üçün nəzərdə tutulub və ‘çol’ yaxud ‘bayir’ adlanır. Lakin digər qrup isə yuyunmaq üçün nəzərdə tutulub və ‘içəri’ hissə adlanır. Soyuq və isti su ehtiyatları isə ‘Kazna’ adlanır. Doktor Lerç 1733-cü ildə sarayda olmuş və hamamxana haqqında belə demişdir: “Hamam xana çöldən və içəri hissədən çox gözəl bəzədilib. Su ehtiyyat hissəsindən qaynadıcıya - “Külxanaya” gəlir və xüsusi borulardan tökülür. Orada çoxlu sığınacaq hissələri var idi, məsələn yuyunma otağı, ’Xəlbəti’ yəni tək çimmək üçün yer”.



Şirvanşahlar sarayı nə vaxt yaranıb?

Şirvanşahlar sarayı 1420-ci ildə Dərbəndi sülaləsindən olan I Xəlilullah padşahın sifarişi ilə tikilib. Saray 30 il ərzində tikilib başa çatıb. Sarayın binası 1420-ci illərdə, ona bitişik olan divanxana 1450-ci illərdə, türbə 1435-ci ildə, məscid 1442-ci ildə, Seyid Yəhya Bakuvinin türbəsi 1450-ci illərdə, Şimal darvazası 1585-ci ildə tikilmişdir. Saray Içəri Şəhərde yerləşir Şirvanşahlar sarayı ansamblının binaları yerin relyefinə uyğun olaraq 3 səviyyədə qruplaşdırılmışdır. Ərazinin ən hündür yerində olan yuxarı həyətdə saray binası və ona bitişik divanxana, aşağı həyətdə türbə və minarəli Şah Məscidi, yuxarı həyətin yaxınlığında Seyid Yəhya Cəlaləddin Bakuvinin türbəsi və ona bitişik kiçik məscid (Keyqubad məscidi də adlanır) yerləşir. Türbə olan həyətin giriş baştaği – Şimal darvazası tikilmişdir. Şirvanşahlar saray ansamblının yaxınlığında hamam, şah kəhrizinin qurtaracağında 500 min litr su tutan ovdan qalmışdır. Saray 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə 27 otağdan, ikinci mərtəbə 25 otaqdan ibarətdir. Bakı 15-ci əsrdə Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi ilə əlaqədar Şirvanşah sarayı tikilmişdir. Şirvanşahlar sarayı Şirvanşahlar dövlətinin hökmdarı I Xəlilullahın yay igamətgahı idi. Şirvanşahlar sarayı orta əsrlər Azərbaycan memarlıq sənətinin şah əsəri kimi qəbul edilmişdir. İndinin özündə də Şirvanşahlar saray kompleksi Mədənniyət Nazirliyi tərəfindən bir abidə muzey-qoruq kimi qorunub saxlanılır. Orada 200-dən çox abidə var. Şirvanşahlar sarayının əsas binalarının memarı Əli tərəfindən tikilməsi ehtimal olunur. Memar Əlinin adı 1435-ci il tarixli Türbənin baştağındakı badamvari medalyonlarla həkk olunmuşdur. Şimal darvazasının baştağı üzərindəki kitabədə ustad Əmirşah Belyənguhinin adı yazılmışdır. Sarayın daşları üzərindəki yazılar bu abidənin Azərbaycan xalqına məxsus olduğunu sübut edir, gələcək nəsillər üçün bu abidənin qorunub saxlanılmasının böyük əhəmiyyəti vardır. Sarayın daşları üzərində olan bədii oymalar və memarlıq elementləri, daşlar üzərindəki yazılar bu abidənin Azərbaycan milli memarlıq nümunəsi olduğunu sübut edir.


1
wWw.EyLeNcE.Az

2
wWw.EyLeNcE.Az

3
wWw.EyLeNcE.Az

4
wWw.EyLeNcE.Az

5
wWw.EyLeNcE.Az

6
wWw.EyLeNcE.Az

7
wWw.EyLeNcE.Az

21 comments

Comment from: MUTANTKA [Visitor]
MUTANTKAvaaaaa6e tA saxlayUz men de terife ba6lasam burda hami susmali olacaX :D 6ekillere gelende ise ay Murad eziyyet 4ekib ozunuz gedib 4ekerdiz de:) Onda daha maragli olardi neinki milletin 6ekillerin qoymaginiz.
06. 01. 07 @ 08:47
Comment from: bakinka_v_NY [Visitor]
bakinka_v_NYuyyyy daaaa...1 gun olmamisham,gor burda neler bash verir eyyy....Ayka,sesine ses verim???Bu Нахцываннылары teriflemesek olmur da... Bu Naxchivandir Neqshi cahandir Azerbaycandir!!! Master,terifledim aaa siz terefleri))) Comment from: MASTER_IER [Member] De da be :)))) ta yaxshi, goz deyer :) Besdi bu qeder. Deyesen sohbet Shirvanshahlar sarayindan gedirdi. Harda qalmishdiq? :)))
06. 01. 07 @ 02:04
Comment from: Ayka [Visitor]
Ayka Master,meni lap utandirdin sen :) Amma tebrikin ucun cox sag ol:)
05. 01. 07 @ 22:47
Comment from: Ayka [Visitor]
Ayka :) Mysi,deyesen axirda mende "ulduz"xesteliyine tutulacagam :) Comment from: MASTER_IER [Member] Uje gecdi Ayka, tutulmusan :))) Artiq sen Eylence kanalinda ORDUBAD without Meshedi-Ibad :), yox ee... o menim proqramimdi :)) MUSIQILI EYLENCE verilishinin aparicisisan! :))) Tebrik edirem!
05. 01. 07 @ 19:01
Comment from: Mysterious [Visitor]
MysteriousAyka oxu ay baci,perestishkarlarin coxdur, hec beze bilerik? ureyin ne qeder isteir de gelsin eshidirk :)
05. 01. 07 @ 17:46
Comment from: Ayka [Visitor]
AykaMaster,oldum gulmekden LOL Ozun ozune ela cavab vermisen ki :) 85 defe demishem ki, YERLIBAZLIQ elemeyin!!! :)))))))) Ay Bakinka,giiiiiz hardasan? Gel cix gorek!Yerin gorsenir:) Master,Kamranin Musigili Meydan verilishinin Eylencedeki aparicisi ozumem:) Odur ki....... Eshitmishdim servetini, Gelib gordum hormetini, Varlirini,gudretini. Alli ,gullu Naxcivanim, Igid elli Naxcivanim:)
04. 01. 07 @ 21:30
Comment from: Ayka [Visitor]
AykaMysi,AMIN! Seninle ve hamiligla birlikde! Amma ay baji,ushagligda xorda oxumusham,mahni oxumagi cox sevirem:)Meni kimse terifleyende yalvarsalarda ki,dey besdi,bezdirdin,dey OXUMA! Men eksine OXUYACAGAM:) Bax... Ay Mysi,yene Bakiya aid mahni oxumag isteyirdim,amma utandim ki,tamashacilari bezdire bilerem:):) Comment from: MASTER_IER [Member] Beh beh beh :) Aye men yoxam, Eylence toy-bayram edir kiiii.... mensiz de bayram olaaar? Agsaqqal, bir balaca o yana cekil gorum hele... Heeee... :) Ey konul min konul bari Naxcivan ay balam, Ellerin sevinci yari Naxcivan! :)))) 85 defe demishem ki, YERLIBAZLIQ elemeyin!!! :))))))))
04. 01. 07 @ 20:27
Comment from: Mysterious [Visitor]
MysteriousAyka baci ela, seher seher mahnina qulaq asdim kefim achildi,hemde oten gunler yadima dushdu lool:) hemishe bele xosh ehval ruhiyyede olasiz, Amin!
04. 01. 07 @ 19:35
Comment from: Ayka [Visitor]
AykaAy ezizlerimiz:) Muradin terifi,MKU-nun "Benovshe"ushag xoru demeyi meni dahada heveslendirdi:)Bezi mugennilerimiz demeli,tamashacilarin algishi,el calmaglari mugennini dahada ruhlandirir,yashadir:)Mende lap onlara oxshadim:)Uzun sozun gisasi Bakiya aid yene mahni oxuyurdum,dedim berk oxuyum ki,sizde eshidesiniz. Baki,goz deymesin,gozelsen yaman, Adinla baglidir zeferim menim. Mahnilar goshuram bu celalina, Kecmishinde galib kederim menim. Gunduzun kimidir gecelerin de, Ayag izlerim var kucelerinde(geherlendim yaman) Olsamda dunyanin men her yerinde, Sensiz acilmayir seherim menim:( Cox sag olun mahniya gulag asdiginiz ucun:)
04. 01. 07 @ 19:17
Comment from: Most Known Unknown [Visitor]
Most Known UnknownMashallah. Mashallah...Tuf Tuf Tuf Tuffff.... Eylence doul ee ele bil "Benovshe" Ushaq Xorudu :)
04. 01. 07 @ 11:22
Comment from: bakinka_v_NY [Visitor]
bakinka_v_NYOqurluqa getmishdin,Agsaqqal????Heeech senden gyozlemezdim)))))))
04. 01. 07 @ 08:39
Comment from: aqsaqqal_emi [Member]  
Agsaqqal1 agiz da men oxuyajam... Aldi sazi gorek ne dedi! Seher seher baga girdim, Seher seher baga girdim, Ne bag bildi ne de bagban, Ne bag bildi ne de bagban! :)
04. 01. 07 @ 07:19
Comment from: bakinka_v_NY [Visitor]
bakinka_v_NYAyka,ela!!!Qoy bir bend de men oxuyum: Azerbaycan sensen menim Ulviyyetim shan-shohretim. Adin menim oz adimdir Sensiz menim ne qiymetim? Azerbaycan,Azerbaycan!!!!
04. 01. 07 @ 04:19
Comment from: bakinka_v_NY [Visitor]
bakinka_v_NYMurad,kefin olsun senin)))O ki var gulmushem)...He bir de allah aqzindan eshitsin.Allah imkan versin,gunlerin bir gunu orali-burali butun Eylence uzvleri birlikde bax elece shekil chekdire bilsinler))) PS.sizin o 1-2 ayliq kursa geden qizlar tez-tez demir"oy yadimdan chixdi ey,o soz nece idi azerbaycanca?")))))
04. 01. 07 @ 04:17
Comment from: aqsaqqal_emi [Member]  
AgsaqqalMurad, ade, ne 1 - 2 ay? Indiyene kimi royalin dalina kechir o qeder oxuyur Azerice ki, qulaxlarim shishir :) Hele ushaxlari da oyredir :) Menim gedenin sarochkasi xoshuma gelmedi amma ;) 50 - 60 bayram olmasa da, 40 bayram toshnu cavanlashdirmisan :)
03. 01. 07 @ 23:39
Comment from: murad [Member]  
MuradAyka, solly də Ağsaqqala "toxunmuşam" =)) Göycinsli Ağsaqqal e =)) Kişini 50-60 bayram cavanlaşdırdım ;) Ehhh...o universitet günləri, "NarXoz" illəri =))-Nostalgia... Ayka, halal olsun e sənə.Bizim indiki qızla 1-2 aylıq USA-ya kursa gedib-gəlirlər öz ana dilimizdə bir kəlmə danışa bilmirlər =)) Hər cümlənin axırını bəzəyirlər yeah okay kəlmələri ilə =)) Küçədə də təhsil aldıqları universitetin futbolkaları ilə gəzirlər =)) Sənə bir yağlı beş ;)
03. 01. 07 @ 23:33
Comment from: Ayka [Visitor]
Ayka Murad,uzun gulsun:) Benzetmelerini oxuyub,guldum:) He..mendede bekarciligdi,deyirem size bir mahni oxuyum:) Bol behreli Mugan duzu, Mil duzu,Shirvan duzu. Gel-gel deyir,shen AZERBAIJAN!
03. 01. 07 @ 20:55
Comment from: murad [Member]  
MuradMysty,bekarçılıqdır da, janulka =)) Dedim azca deyək-gülək =)) Etna, şəkilləri internetdən götürmüşəm.Hansısa universitetin, ya məktəbin şagirdləridir.Belə.
03. 01. 07 @ 19:37
Comment from: Mysterious [Visitor]
MysteriousMurad loool,yaxshi benzede bilmirsen :D
03. 01. 07 @ 18:30
Comment from: murad [Member]  
Muradetna, Ağ yubkalı - Mysterious, Qırmızı şalvarlı Bakinka_v_NY, kapredə olan isə Naməlum_Mikrobdur, göy cinsli oğlan isə Ağsaqqaldır.Bakıda olanda çəkiblər ;)
03. 01. 07 @ 16:38

Leave a comment


Your email address will not be revealed on this site.
  
(For my next comment on this site)
(Allow users to contact me through a message form -- Your email will not be revealed!)
April 2024
Mon Tue Wed Thu Fri Sat Sun
 << <   > >>
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Search

Categories

  XML Feeds

powered by b2evolution free blog software

©2024 by EylencE.AZ

Contact | Help | b2evolution skin by Asevo | blog software | hosting