« Yaz gəldi.. | Bitki meyvəsi.. » |
Həyat
Link: http://farm3.static.flickr.com/2021/2273814037_8b4c801e8d_m.jpg
şəklin üzərinə tıklayaraq əsas bloga keçəcəksiniz. orada da şəklin böyük həcminə baxmaq üçün link var.
Şəkil rəngsiz olsa belə məncə çox qəşəngdir.Ağac yarpaqlarını töksə belə çox qəşəng görsənir.Şəkil çəkməmişdən qabaq belə gözəlliklərə o qədər də fikir verməzdim,amma indi bu gözəlliklərə heyranlıqla baxıram və şükür edirəm.. Şer çox xoşuma gəldi,sizinlə bölüşmək istədim..
AĞACIN ALTINDA KÖLGƏ
Ağacın altında kölgə ,
Kölgənin altında torpaq ,
Torpağın altında ölülərimiz .....
Ağac öləndə
kölgəsini aparacaq ,
Kölgə öləndə günəşi ,
Günəş öləndə
Ölülərə qoşulacağıq biz ......
Buludun üstündə ay ,
Dənizin üstündə ay işığı ,
Ay işığında
ulu bir soyuq .
Ayı bulud udacaq ,
Ay işığını dəniz .
Gecəyə qovuşacağıq biz .
Köksümüzün altında ürək ,
Ürəyimizin altında arzu ,
Arzumuzun altında biz .
Əvvəl biz susacağıq ,
Sonra qəlbimiz .
Arzumuz yaşayacaq ,
Ağac bitirəcək
Günəşin altında ,
Kölgə sərəcək
Yarpağın altında .
Çəkib torpağı üstümüzə
Güləcəyik torpağın altında .......
Nüsrət Kəsəmənli
2 comments
Bu sheiri hec oxumamishdim.. Eladi, teshekkurler! ;)
14. 03. 08 @ 22:12