« Ölüm hökmü dunyada | Что дарить на Новый год? Дельные советы » |
Şou biznesimizin "Şaxtababa"si ilə sual-cavab. Şaxtababa Xuramandi :)
Ardını oxumaq üçün bura
13 comments
Özünə baxanda nə düşünürsən?
Özümdən xoşum gəlir
Açıq-saçıq şəkillərə necə münasibət bəsləyirsən?
Xoşum gəlmir.
Səncə, pul insanı korlayır, yoxsa insan pulu?
Ağıllı insanı heç nə korlaya bilməz. Nə pul, nə vəzifə... heç bir şey
Ağıllı insan deyəndə nəyi nəzərdə tutursan?
Ağıllı insan - heç nədən asılı olmayaraq öz fikirlərini, öz düşüncələrini həmişə eyni istiqamətdə yönləndirən insandır
Seksdə ən əsas nədir?
Qarşılıqlı hisslər, qarşılıqlı istək. Doğrusu, mənim hələ seksual təcrübəm olmayıb, buna görə də bu barədə dolğun məlumat verə bilmirəm.
Nədən ehtiraslanırsan?
Bunu yalnız bir nəfər - sevdiyim insan edə bilər
Necə?
Ooo... bunu sizə deyə bilmərəm...Qoy bu gizli qalsın
Elə bir insan var ki, ona baxanda düşünəsən: "Əsl seksualdır!". Əgər varsa, kimdir?
Mən hələ belə kişiyə rast gəlməmişəm.
Bəs deyirsən, sevdiyim insan var?
Ondan ayrılmışam.
Ola bilməz ki, indiyəcən hər hansı bir adam səndə belə düşüncələri oyatmasın. Yəni, ola bilər ki, şəhərdə gəzərkən, hansısa bir mərasimdə iştirak edərkən və ya hər hansı bir filmə baxarkən...
"Üzüklərin sahibi" filmində Elflərin kralı Elrandı (Hüqo Uivinq) çox bəyənirəm. Hətta onun şəklini kompüterin monitoruna qoymuşam ki, hər dəfə kompüteri açanda onu görüm
Bədəninin hansı hissəsini daha çox sevirsən, hansı hissəsini sevmirsən? Və niyə?
Yumşaq yerimi daha çox sevirəm, əllərimi, budlarımı sevirəm. Belə baxanda, hər şeyim qaydasındadır. Ona görə xoşuma gəlir ki, ölçüləri normaldır. Xoşuma gəlməyən isə baldırlarımdır. Mənə elə gəlir ki, bir az dolu olsaydı, daha gözəl olardı
İlk öpüşün?
On səkkiz yaşımda olub. Əvvəl o oğlanı sevmirdim. Sonradan nə isə ona qanım isinişdi.
Bəs sən özün ehtiraslısan?
Mənə elə gəlir ki, ehtiraslıyam
Xətrinə dəymək asandır?
Çox asandır.
Səncə, pozğunluq nədir?
Çərçivədən çıxmaq deməkdir. İndi pozğun kişilər pozğun qadınlardan çoxdur.Duşun altında hansı mahnını oxuyursan?
Mən həmişə oxuyuram. Duşda da, tualetdə də - hər yerdə. Mahnıya gəldikdə isə, həmin anda ürəyimə hansı mahnı yatarsa, o mahnını da oxuyuram.
Sevişərkən üstünlüyü kim saxlamalıdır, kişi, yoxsa qadın?
Mənə belə gəlir ki, kişi hər şeyi idarə etməlidir.
Masturbasiyaya münasibətin?
Bir yerdə oxumuşam ki, bu lazımdır, hətta xeyirlidir də. Amma mənim bu haqda heç bir təsəvvürüm yoxdur
21. 12. 06 @ 17:29
Comment from: aydinchik [Visitor]
ele cavablar verirki guya aqil bu qizda dasdayir...sen gorduylerinden bakidan ankaraya kimi demiryol xetti cekmey olardiyee:D
26. 12. 06 @ 02:44
Comment from: Ayka [Visitor]
MrXXX,seninde garshidan gelen Yeni ilini tebrik edirem.Mohkem Can sagligi dileyirem,telebesense derslerinde ugurlar(5+),ishleyirsense ishlerinde muveffegiyyetler,blogunda yenilikler,evlisense ailende mehribanlig,sevgi,seadet,bir-birinize hormet,subaysansa Yeni ilde arzuva catib,xoshbext olasan ve en gozel arzulari arzulayiram:) HAPPY NEW YEAR!
30. 12. 06 @ 05:20
Comment from: sensitive [Visitor]
MrXXX,
Natevan-in adini bilirdi Maybach :)
Niye yenilikler yoxdur? Bax yene bashladim yenilikler teleb etmeye :))
30. 12. 06 @ 11:45
Comment from: Maybach [Visitor]
Axiri ki, yadima dushdu. Jartiyer :). Bunu ruscasini ve ya Azerbaycancasini bilen var?
30. 12. 06 @ 23:34