« Ağa Naçalnik | 155 занятных фактов)) » |
Görüşdük nə çətin, ayrıldıq nə asan

YENİ DÖVR
Çox vaxt evlilikdə deyilən "sevginin ömrü üç ildir" qavramı, əslində, uyğunlaşmanın tamamlandığı və başa çatdığı dövrdür. Üç il müddətində sevgi bitməz, sadəcə olaraq, münasibətlər dəqiqlik qazanar.
Tərəflər artıq evliliyin reallıqlarını görməyə başladıqdan sonra qərarlar verməyə və birlikdə yaşaya bilib-bilmədikləri haqqında düşünürlər. Boşanma bir tərəfdən sonlanma ikən, digər tərəfdən bir başlanğıcdır. Lakin necə olur-olsun, boşanma insanların həyatında səbəbindən asılı olmayaraq səhv kimi görülür. Halbuki, peşmanlıq da səhvin bir nəticəsidir. Boşanma həmişə qurtuluş olmadığı kimi, xoşbəxt olmayan bir evliliyi davam etdirmək də həll yolu ola bilməz.
Qanun qanundur
Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən:
~ Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər.
~ Arvadın hamiləliyi dövründə və ya uşağın
doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
~ Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər.
~ Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda aparılır: ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.
~ Nikahın pozulması və bu barədə şəhadətnamənin verilməsi ərizə verildiyi gündən 1 ay keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
~ 18-ci maddəyə əsasən: Müvafiq icra hakimiyyəti orqanında nikahın pozulması zamanı ər-arvad arasında yaranan mübahisələrə baxılması: ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi haqqında, eləcə də tərəflərdən biri
məhkəmədə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum edildikdə, habelə tərəflər arasında uşaqlar
barədə yaranan mübahisələrə müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından asılı olmayaraq məhkəmə
qaydasında baxılır.
RAZILIQ, ZİDDİYYƏT
Boşanma müddətində hüquqi baxımdan birgə qərara gəlinməsi məcburi və vacib olan bir sıra məsələlər mövcuddur: mülkiyyətin, əşyaların bölüşdürülməsi, aliment, ortaq uşaqların mövcudluğu halında vəlayət, uşaqları ayrı qaldıqları valideyn ilə quracaqları şəxsi əlaqə və s. Ər-arvadın hansı şərtlərlə boşanacaqları barədə razılığa gəlməsi vəziyyətində "Razılıqlı boşanma" həyata keçirilir. "Razılıqlı boşanma" ilə ər-arvada müəyyən etdikləri şərtlərə uyğun olaraq az vaxt ərzində evlilik birliyini sona çatdırma fürsəti verilir. Bu vəziyyət ər-arvadın birgə məhkəməyə müraciət etmələri və tərəflərdən birinin təklif edilən boşanma müraciətini qəbul etməsi ilə həyata keçirilir.
"Razılıqlı boşanma"dan söhbət getməsi üçün
ər-arvadın maddi mövzularda (aliment, təzminat, mülkiyyətin bölüşdürülməsi) və uşaqların vəlayəti (kimə verilməsi) yönümündə birgə fikrə gəlmələri
və razılaşmaları şərtdir. Tərəflərin boşanma şərtləri ilə razılaşmadığı və ya tərəflərdən birinin məhkəməyə etdiyi boşanma müraciətinin digər tərəfin eyni şərtlərdə və ya heç qəbul etməməsi vəziyyətində "Ziddiyyətli boşanma" meydana çıxır. "Ziddiyyətli boşanma" vəziyyətində yaşanan travmaya ən
aza endirmək üçün yenə psixoloci
və psixiatrik köməyin alınması zəruridir.
2 comments
Comment from: Trepsixore [Visitor]

26. 09. 08 @ 17:21

26. 09. 08 @ 22:26