« Avropanin en yaxsi 7 avtomobili | Azərbaycanın xalq şairi Səməd Vurğun » |
Dahi Azərbaycan şairi Nizami Gəncəvi (1141-1209)
lidenaya_dama tərəfindən yaradılmışdır
Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi, bəşər mədəniyyəti xəzinəsinin zənginləşdirməsinə və onun inkişafına mühüm təsir göstərmiş dahi sənətkarlardan biri də XII əsrdə yazıb yaratmış Nizami Gəncəvidir. O, elə bir ölməz sənət nümunələri yaratmışdır ki, onlar əsrlərin sınağından uğurla çıxmış, müxtəlif dillərə tərcümə olunaraq dünyanı dolaşmaqdadır. Onun ədəbi irsi dərin humanizmi, insanpərvərliyi və demokratikliyi ilə fərqlənir.
İlyas Yusif oğlu Nizami Gəncəvi 1141-ci ildə yurdumuzun ən qədim mədəniyyət mərkəzi olan Gəncə şəhərində anadan olmuşdur. Nizami şairin təxəllüsü olub, nəzm yazan mənasındadır.
Nizaminin yaşayıb yaratdığı zaman Azərbaycanda hakim qüvvə Atabəyləri deyilən Eldənizlər idi. Bu dövrdə el sənəti – zərgərlik, xalçaçılıq, ipəkçilik, memarlıq, musiqi və s. geniş inkişaf etmişdi. Şamaxı, Naxçıvan, Təbriz kimi şəhərlər sürətlə böyüyüb, məşhurlaşmışdı. Azərbaycan Rusiya, Çin, Hindistan və başqa ölkələrlə mədəni və iqtisadi əlaqələrini genişləndirirdi.
Belə bir dövrdə boya-başa çatmış Nizami sadə adamları, sənətkar və alimlərin əhatəsində böyümüş, müstəqil mütaliə yolu ilə dünya mədəniyyəti ilə tanış olmuş, fəlsəfə, astronomiya, musiqi, rəssamlıq və s. elmlərə yiyələnmişdir.
Gənc yaşlarında yazdığı lirik şerləri ilə ədəbiyyata gəlmiş Nizami tezliklə geniş hörmət qazanır, hökmdarların diqqətini cəlb edir, saraylara dəvət olunur. Lakin o, bu dəvətlərin heç birini qəbul etmir. Nizami lirik şerlərlə yanaşı «Xəmsə», beş böyük poema – «Sirlər xəzinəsi» (1170), «Xosrov və Şirin» (1180), «Leyli və Məcnun» (1188), «Yeddi gözəl» (1196) və «İskəndərnamə» (1203) əsərlərini yazaraq dünya şöhrəti qazanmışdır.
İyirmi mənzum hekayədən ibarət olan «Sirlər xəzinəsi» poeması Ərzincan hakimi Fəxrəddin Bəhram şaha həsr olunsa da, Nizami zülm və haqsızlığa qarşı xalq etirazını qələmə almış, zorakılığı, özbaşınalığı qamçılamış, hökmdarları tutduqları səhv yoldan yayındırmağa çalışmışdır. Şair zəhmət adamının canlı obrazını yaradaraq göstərmişdir ki, insan dünyada yalnız öz halal əməyi ilə xoşbəxt ola bilər, o, bəd əməllərdən, çirkin işlərdən əl çəkməli, zülmə, əsarətə qarşı mübariz olmalıdır.
«Xosrov və Şirin» poeması Nizami yaradıcılığında yeni bir hadisə olub, müəllifinə dünya şöhrəti qazandırmışdır. Poema insan haqqında, onun zəhməti, məhəbbəti və yaradıcı əməyin qüdrəti haqqında bir dastandır. Azərbaycan ədəbiyyatında ilk mənzum roman olan bu əsər yüksək sənətkarlığı və dolğun məzmunu ilə fərqlənir. Şair burada möhtəşəm, polad iradəli, mərd və alicənab, dağları və qayaları parçalayan Fərhad, ağıllı hökmdar, sədaqətli, nəcib əxlaqi keyfiyyətlərə malik olan Şirin, gəncliyində ərköyün böyümüş şahzadə, lakin Şirinin təsiri ilə dəyişib bəd əməllərdən əl çəkmiş Xosrov kimi ölməz obrazlar yaratmışdır.
Şirvan hökmdarı Əxistanın sifarişi ilə yazılmış «Leyli və Məcnun» poemasında Nizami Yaxın və Orta Şərq xalqları arasında geniş yayılmış məhəbbət əfsanəsini ilk dəfə ədəbiyyata gətirmiş, vicdan və sevgi azadlığı haqqında ölməz bir dastan yaratmışdır. Şair, qadın hüquqsuzluğundan onun əşya kimi satılıb alınmasından, feodal adət-ənənələrindən söhbət açır, insan adını uca tutmağa, ali məqsədlərə qulluq etməyə, mərd və mübariz olmağa çağırır.
Şərq xalqları ədəbiyyatına dərin təsir etmiş bu poemaya Ə. X. Dəhləvi, Ə. cami, Ə. Nəvai, M. Füzuli və b. əllidən çox sənətkar nəzirə yazmışdır.
İran tarixinə, Sasani hökmdarı Bəhrama həsr olunmuş «Yeddi gözəl» poemasında müəllif əvvəlki əsərlərində təsvir etdiyi ədalətli dövlət başçısı mövzusuna yenidən qayıtmışdır. Nizamiyə görə, şah ədalətli olsa, xalqın vəziyyəti yaxşılaşar, aclıq və yoxsulluq aradan qalxar. «Dövləti ədalətli, ağıllı adam idarə etməlidir» fikri poemanın əsas ideyasını təşkil edir. Şair əsərdə bir sıra qadın obrazları yaradır, müxtəlif xalqların adət-ənənələrindən söhbət açır, zəhmət adamına, çobanlara və el sənətkarlarına parlaq səhifələr həsr edir.
«İskəndərnamə» poeması Nizaminin həcmcə ən böyük və son əsəridir. 60 illik yaradıcılıq təcrübəsindən sonra yazılmış həmin poemanı şair heç kimdən sifariş almadan, öz arzusu ilə yazmışdır. Əsərin qəhrəmanını o, tarixi bir şəxsiyyət, müharibələr aparmış işğalçı fateh kimi deyil, bədii obraz kimi canlandırmışdır. İki hissədən ibarət olan poemada müəllif əvvəlki əsərlərdə təsvir etdiyi bir sıra fikir və düşüncələrini ümumiləşdirmişdir. Nizami mərd və iradəli, ağıllı və bacarıqlı Bərdə hökmdarı Nüşabə obrazını yaratmaqla yeni tipli dövlət başçısından, ədalətli quruluşdan söhbət açmışdır.
Nizamiyə dünya şöhrəti qazandıran onun humanist və insanpərvərliyi, zülm və ədalətsizliyə nifrəti, əmək adamlarına böyük məhəbbəti, gələcəyə dərin inamı idi. Şairin adı dünya ədəbiyyatının ən görkəmli korifeyləri ilə bir sırada çəkilir. Avropa şərqşünaslarının fikrincə Bokaççonun «Ameto» povestində, K. Qotsi və F. Şillerin «Turandot şahzadəsi» əsəri də «Yeddi gözəl» poemasının təsiri ilə yazılmışdır. Alman şərqşünası c. Hammer Purdştal Nizaminin «Xosrov və Şirin» əsərinin təsiri ilə eyni mövzuda əsər yazmış, Y. V. Höte «Qərb-Şərq divanı»nda Nizamiyə xüsusi bölmə həsr etmişdir. Nizaminin yaşadığı dövrdən əsrlər və illər keçsə də onun haqqında ərəb, fars, rus, ingilis, alman və b. dillərdə onlarla elmi əsərlər yazılmış, şairin ədəbi irsi öyrənilməkdə davam edir. Ona gərə də Nizami ölməzdir, o, həmişə bizimlədir. Şair yazmışdır:
Yüz il sonra sorsan bəs o hardadır?
Hər beyti səslənər: «Burdadır, burdadır!»
Nizami Gəncəvi 1209-cu il martın 12-də Gəncə şəhərində vəfat etmişdir.

4 comments
Comment from: lidenaya_dama [Visitor]
Cox sag ol. Menim meqsedim odur ki, hec olmasa bir bedii janrlarimizada muraciet etsinler. Indiki genclerimiz ve balaca uwaqlarimiz gordukleri ancaq wou maqazinlerdir. Bawqa melumatlari yoxdur. Birde ki, bawa duwmeyenleri bawa salmaq lazimdir. Seni bele iwlerine gore alqiwlayiram. Bele eleyek ki, cavanlarimiz ozleri hec olmasa bir ideya versinler ve bunu burda muzakire edek. Cunki haminin zovqi bir olmur. Yeni-yeni fikirler yaratmaq umudile seninle bugunluk sagollawiram. Komponyon))))))))))
07. 10. 08 @ 09:25
Comment from: miss-shopen [Visitor]
salamun.əleyküm.necə.vaxtdır.yoxidim.postda.öz.sevimli.şairimi.gördüm.sevindim.hələlik
07. 10. 08 @ 18:39
Komponyon
Alqis seslerini esitmirem :)
Yeni-yeni fikirleri gel birlikde inkisaf etdirek.
Bakcell demisken deyisek inkisaf edek.
07. 10. 08 @ 23:16
Comment from: lidenaya_dama [Visitor]
Sabahiniz xeyir ay menim ezizlerim. Deyirem ki necesiniz, ne var ne yox bu genclik heyatimizda. Buyur komponyon men hemiwe qullugunda haziram ne zakaz olunsa men kewfiyyat aparmaga haziram)))))))). Heqiqeten men sevindim ki, men kimise komek ola bildim. Xusesende miss-shopene))))))))))
sag olunuz bu gunluk bu qeder gelen goruwleredek.
10. 10. 08 @ 09:36