By Milow » |
Mənəvi ziyanın ödənilməsi üçün məhkəmədə iddia da qaldırılacaq.
Amerika Hüqüqşünaslar Asossasiyasının Hüquqi Yardım Mərkəzinin hüquqşünasları Anar Qasımov və Emil Qurbanovun müraciəti əsasında Binəqədi rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin yol patrul xidməti əməkdaşları Ş.Müslimov və İ.Abdurrəhmənov töhmət alıb. Belə ki, yol patrul xidmətinin əməkdaşları Assosiasiyanın hüqüqşünaslarının olduğu maşının paytaxtın "Azadlıq" prospektində yolu işıqforun qırmızı işığında keçməkdə günahlandırıb. Ancaq qanuni subut təqdim edə bilmədikdə yol patrul xidmətinn əməkdaşı "mənim maşınımda "Quran" var, müsəlman deyilsən, gəl "Quran"a əl bas ki, qırmızıda keçməmisən, buna razı deyilsənsə, onda özünə, var-yoxuna söy ki, qırmızıda keçməmisən" təklifini edib. Hüquqşünaslar bunu deyən yol polisinin cəzalandırılması üçün daxili işlər nazirinə, Baş Dövlət Yol Poilsi İdarəsinin rəisinə müraciət edib və nəticədə hər iki yol polisi əməkdaşı töhmət alıb. Hüquqşünaslar yol polislərinin hərəkəti nəticəsndə dəymiş mənəvi ziyanın ödənilməsi üçün Binəqədi rayon məhkəməsində iddia qaldıracaqlar("OLAYLAR"İA).