| « Əhval - ruhiyyənin yüksəldilməsi üçün sevimli şəkillər | Ilqar Muradov - Bu Dünyanı Nağıl Bilək ( Sözləri ) » |
Şah Abbas və Vəzirləri

Bir gün Şah Abbas iki ruhani vəzirlə – Şeyx Bəhai və Mir Damadla gəzintiyə çıxır. Mir Damadın mindiyi at Şeyx Bəhainin atından azacıq geri qalırdı. Şah Abbas öz vəzirlərini yoxlamaq qərarına gəlir. Buna görə Mir Damada yaxınlaşıb deyir: «Görürsənmi, Şeyx Bəhai bizi saymır, özünü bizdən üstün bilir. Ona görə atını çapıb bizdən irəli düşüb». Mir Damad Şaha belə cavab verir: «Şeyx Bəhaidə günah yoxdur. Onun atı, belində bu cür alimi gəzdirdiyi üçün sevincdən qanad açıb uçur, ona görə də Şeyx Bəhai bizdən irəli keçib». Sonra Şah Abbas atını sürüb Şeyx Bəhaiyə çatır və ona belə söyləyir: «Mir Damadı görürsənmi? Bizimlə bir sırada gəlməyi özünə ar bilir. Ona görə özünü kənara çəkib, bizdən arxaya qalıb». Şeyx Bəhai isə belə cavab verir: «Şah sağ olsun, Mir Damadın mindiyi at, onun elm və əxlaqının ağırlığından geri qalır. Görün, Mir Damadın atı nə böyüklükdə bir alimin yükünü çəkir. Ona görə heç təəccüblü deyil ki, onun atı bizimkindən geri qalır». Şah Abbas başa düşür ki, vəzirlərin ürəkləri də elmləri qədər böyükdür.
5 comments
Comment from: Ulichka [Visitor]
indi bele adamlar yoxdur amma
hami bir birinin torbasini tikir
ozunu ireli cekir
24. 07. 09 @ 06:42
Comment from: ayten [Visitor]
25. 07. 09 @ 05:09
...elbette bele insanlar var tukenmeyib...ve olacaq...
...Qaldi ki, torba tikmeye Baki en boyuk atelyedir...
...Torba tikenler eceb edirsiniz...tikin torbalari...telesin...axirete az qalib...
27. 07. 09 @ 08:55
Comment from: Trepsixore [Visitor]
Hele var bele insanlar, narahat olmayin. Ne geder ki, dunya var, balans olacaq.
28. 07. 09 @ 04:14