| « Şah Abbas və Vəzirləri | Linkin Park - Numb (Piano Üçün Not) » |
Ilqar Muradov - Bu Dünyanı Nağıl Bilək ( Sözləri )
`1`
...
Dindi yenə xatirələr,
Döndüm yenə o günlərə.
İstədim ki, əvvəlki tək
Tutum sənin əllərindən.
Gözümüzdə, könlümüzdə,
Neçə arzu, neçə istək.
Xumarlanaq xoşbəxtlikdən.
Bu dünyanı nağıl bilək!
Bu dünyanı nağıl bilək!
NƏQARƏT
Sən, mən, bir də xatirələr
Həmin küçə, həmin şəhər.
Bilirəm ki, hara getsəm
Yenə məni izləyirsən.
O küçənin döngəsində,
O ağacın kölgəsində,
Yenə məni gözləyirsən.
II BƏND
İstədim ki, əvvəlki tək
Yenə mənə rast gələsən.
Güya elə sən də burdan
Keçirmişsən təsadüfən.
İstədim ki, geri dönəm
Qaynar gözlərini görəm,
Baxışlarından titrəyəm.
Bu dünyanı nağıl bilək!
Bu dünyanı nağıl bilək!
NƏQARƏT
Sən, mən, bir də xatirələr
Həmin küçə, həmin şəhər.
Bilirəm ki, hara getsəm
Yenə məni izləyirsən.
O küçənin döngəsində,
O ağacın kölgəsində,
Yenə məni gözləyirsən.
5 comments
Comment from: Ayka [Visitor]
11. 06. 09 @ 22:43
Comment from: Honey [Visitor]
28. 07. 09 @ 06:12
Comment from: ekspert [Visitor]
YARPAQLAR TITRASA BILKI SASIMDI,
SANA PICILDARAM VAR OL EZIZIM.
SANIN VAR OLMAGIN MANIM BASIMDIR
ELA VARLIGICUN SAG OL EZIZIM...
Bu da eyni yazardandi,bu mahnini isa NAZPERI OXUYUR.
19. 08. 09 @ 11:59
Ayka, onun repertuarından bəyəndiyim yeganə mahnı, məhz, bu mahnıdır :=)Honey, qulaq asdınmı?!
Ekspert, təşəkkür edirəm :=) Commentində yazdığın mahnı sözləri hal-hazırda FM dalğalarında səslənir, lakin onu oxuyan kişi müğənnidir. Adını deyə bilmərəm, çünki özüm də bilmirəm )))))
20. 08. 09 @ 07:26
Comment from: ekspert [Visitor]
05. 09. 09 @ 17:34