Category: "Nusret Kesemenli sherleri"

May 21st, 2007
Mənə qadan alım demə, əzizim, Mən sənin başına dönə bilərəm. Sənsiz qəm alovlu yanan ocağam, Ağlama, yağışdan sönə bilərəm. Mən Günəş gözləyən puçuram hələ, Özüm öz dərdimdən qaçıram hələ. Ulduzdan ulduza uçuram hələ, Çağırsan torpağa enə… more »

Mənim göz yaşımı görməyəcəksən!

May 9th, 2007
Bu eşqin yasını saxlayacağam, Sən gedən yollara baxmayacağam. Ağlasam, gizlicə ağlayacağam, Mənim göz yaşımı görməyəcəksən. more »

Niyə gəldin...

May 1st, 2007
Niyə gəldin, axı, Səni mən çağırmamışdım. Özün gəlmişdin, qara bir sevda kimi, Ürəyimin əkin yerinə quş dimdiyindən düşən buğda kimi Cücərməyəydin gərək, həsrətinlə baş – başa qalacaqdımsa, Gözləyə - gözləyə heykəl kimi donacaqdımsa, heç… more »

Getmek isteyirsen...

April 30th, 2007
Getmek isteyirsen... Getmək istəyirsən, bəhanəsiz get, Oyatma mürgülü xatirələri. Səsin həmin səsdir, baxışın ögey, Gedirsən, səsin də yad olsun barı... more »

Bir sevda aglayir...

April 18th, 2007
Bir sevda ağlayır... Gəl dedim, köksümə yaralı düşdü, Əl açdım, əllərim aralı düşdü, Ona bu ağ dünya qaralı düşdü, Bir sevda ağlayır içimdə mənim. more »

Daha nagillara inanmiram men

April 10th, 2007
Daha nağıllara inanmıram mən Çapıb öz atını Ağ atlı getdi, Atları şimşəkdən qanadlı getdi, Uşaq yaddaşımı qanatdı getdi, Daha nağıllara inanmıram mən. more »

Ömürdən bir gün də...

April 5th, 2007
Ömürdən bir gün də... Ömürdən bir gündə keçdi, beləcə, Yarı yuxuludur, Yarı oyaqdır. Duyğular qoynunda ötən hər gecə Kiminsə ömrünə qayıdacaqdır. more »

Yalan

April 2nd, 2007
Yalan Ömürdən bir günü oğurlamışıq, Qaçıb bölüşürük bu xəlvət yerdə. Payızda ayrılan köçəri quşuq, Kim bilir, bəkə də görüşdük bir də... more »