Where are you GOD???

May 25th, 2007

Where are you God?
I need to know.
How do I find you?
Where should I look or go?

Full story »

Beyləqan_Hz.Cərciz ziyarətgahı 2

May 22nd, 2007
Hə əziz blog ziyarətçilərim,

Deyirəm çoxdandır səfərə çıxmırıq a sizinlə. Düzdür bir dəfə bu günkü səfər edəcəyimiz məkana getmişik sizinlə, ancaq keçən dəfəki ziyarətimizdə görmədiklərimizi görəcəyik bu gün. Buyurub baxın.

1.

Full story »

May 21st, 2007
Mənə qadan alım demə, əzizim,
Mən sənin başına dönə bilərəm.
Sənsiz qəm alovlu yanan ocağam,
Ağlama, yağışdan sönə bilərəm.

Mən Günəş gözləyən puçuram hələ,
Özüm öz dərdimdən qaçıram hələ.
Ulduzdan ulduza uçuram hələ,
Çağırsan torpağa enə bilərəm.

Qıfıl axtarıram mən açar kimi,
Imdad gözləyirəm bir naçar kimi.
Hələ ki, susuram günahkar kimi,
Bir gün üsyan edib dinə bilərəm.

Deyəsən Tanrıya yetişdi duam,
Hələ ki, cavabsız qalıbdı sual,
Küsmüsən, beləcə küsülü də qal,
Barışsan, sevincdən ölə bilərəm.


N. Kəsəmənli

Problemin mi var?

May 15th, 2007
Bəzən ətrafımızdakı gözəllikləri, sahib olduğumuzun heç birinin dəyərini "görmür" və həyatımızdan şikayətlənirik. Əslində isə, xoşbəxt olub, həyata sevincli gözlərlə baxmaq üçün o qədər çox səbəbimiz var ki...Aşağıdakı şəkillərə baxdıqdan sonra bundan bir daha əmin olacaqsınız.

1.
1

Full story »

Mənim göz yaşımı görməyəcəksən!

May 9th, 2007

Bu eşqin yasını saxlayacağam,
Sən gedən yollara baxmayacağam.
Ağlasam, gizlicə ağlayacağam,
Mənim göz yaşımı görməyəcəksən.

Full story »

Baki

May 7th, 2007
Ekskluziv olaraq xaricde yashayan hemvetenlerimiz uchun. (Mys, Bakinka, Ayka ve digerleri)

Full story »

Angelin gundeliyinden :)

May 6th, 2007
Bu postu QONAQ in isteyi ile yerleshdirirem. Demeli QONAQ bundan evvelki postumda menimle gorushu barede sohbet acmishdi amma etrafli yox. Bu haqda etrafli yazmagi mene hevale etmishdi. Mende deyirem EYLENCE userlerinin sozu yere dushunce, dushmenin boynu sinsin. :)

Full story »

Gecikmiş etiraf...

May 2nd, 2007
Bir zamanlar anası ilə birlikdə yaşayan bir genc vardı. Bu genc sağalmaz bir xəstəliyə düçar olmuş və yaşaması üçün yalnız bir neçə ay və ya gün qaldigini bilirdi. Ətrafındakı yaşıdları sevib – sevilir, cavan isə onlara yalnız həsrətlə baxırdı. Ömrünün sonunun yaxınlaşdığını bildiyindən heç kesi sevməyi düşünmürdu belə.

Full story »

Niyə gəldin...

May 1st, 2007
Niyə gəldin, axı,
Səni mən çağırmamışdım.
Özün gəlmişdin,
qara bir sevda kimi,
Ürəyimin əkin yerinə
quş dimdiyindən düşən buğda kimi
Cücərməyəydin gərək,
həsrətinlə baş – başa qalacaqdımsa,
Gözləyə - gözləyə heykəl kimi donacaqdımsa,
heç gəlməyəydin gərək...
Duru gölə daş atıb
bulandırma demişdim.
Yaşım da o yaş deyil,
dolandırma demişdim.
Ümidimi qatiltək
öldürməyəydin gərək,
Şamın son şöləsini
söndürməyəydin gərək,
Niyə gəldin sən, axı,
Heç gəlməyəydin gərək...

Bir quş yuvası kimi
ürəyim boş qalıbdı.
Sənə kim bağışlayar
bu çəkilməz günahı?!
Niyə gəldin sən, axı...

N. Kəsəmənli

Getmek isteyirsen...

April 30th, 2007
Getmek isteyirsen...

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı...

Full story »